Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

İki namazı cəm etməyin hökmü

Sual: Namazları cəm etməyimiz icazəlidirmi?

Cavab: Bunun maneəsi yoxdur.

Sual: İki namazı cəm etmək üstündür, yoxsa hər vacib namazı ayrı qılmaq?

Cavab: Daha yaxşı olar ki, hər bir vacib namaz öz fəzilətli vaxtının əvvəlində qılınsın.

Sual: Zöhr namazı ilə əsr namazının bir-birindən ayırmaq lazımdırmı?

Cavab: Ayırmaq lazım deyil, baxmayaraq ki, hər bir vacib namazı öz fəzilətli vaxtının əvvəlində qılmaq daha yaxşıdır. Necə ki, həzrət Peyğəmbər (s) zöhrlə əsri bir azan və iki iqamə ilə, şamla xiftəni səfərdə olmadan heç bir üzrsüz cəm etmişdir.

Sual: Zöhr namazını qılan şəxs, bir az vaxt keçəndən sonra, amma əsr namazının azanı verilməmişdən əvvəl əsri qıla bilərmi, yoxsa namazları cəm etmək onların arasında fasilə verməməyi gərəkdirir?

Cavab: Fasilə vermək gərəkli deyil, baxmayaraq ki, hər bir vacib namazı öz fəzilətli vaxtının əvvəlində qılmaq daha yaxşıdır. Lakin bu, lazım (vacib) deyil. Həzrət Peyğəmbər (s) zöhrlə əsri bir azan və iki iqamə ilə, şamla xiftəni səfərdə olmadan heç bir üzrsüz, bir azan və iki iqamə ilə cəm etmişdir.