İstiqraz vərəqələrinin satışı

İstiqraz vərəqələrini əlaqədar qanuni mərkəzlər müəyyən rəsmi qiymətə və müəyyən müddətə çıxarır və onu rəsmi qiymətindən ucuz satır. Məsələn, rəsmi qiyməti min manat olan bir sənədi doqquz yüz əlli manata nağd olaraq satır, bu şərtlə ki, onu sonrakı il min manata alsın. Bəzən bank müəyyən muzd almaq müqabilində bu vərəqələrin satışını öhdəsinə götürür.

Məsələ 1: Bu alver iki mümkün halda baş verə bilər:

1. Sənədi çıxaran şəxs həqiqətdə onun alıcısından doqquz yüz əlli manatı (yuxarıdakı misaldakı kimi) borc alıb müəyyən müddət başa çatdıqdan sonra sənədi alan şəxsə min manat qaytarır. Doqquz yüz əlli manat malın əsli, əlli manat isə ona əlavə olunan. Bu iş riba və haramdır.

2. Sənədi çıxaran şəxs min manatlıq bir sənədi (müəyyən müddətdən sonra ödənilə bilər) nağd olaraq doqquz yüz əlli manata satır.

Bu hal baxmayaraq ki, həqiqətdə ribalı borc deyil, lakin qeyd olunduğu kimi, alverin düzgünlüyü mübahisəlidir.

Nəticədə, rəsmi mərkəzlərin alver etdiyi bu kimi vərəqlərin satışı düzgün hesab etmək olmaz.

Məsələ 2: Bankların bu kimi vərəqləri alıb-satması caiz deyildir. Həmçinin bu iş üçün əmək haqqı almaq da, caiz deyildir.