Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Kağız salfetlərin üzərində səcdə etmək

Sual: Kağız salfetlərin üzərində səcdə etmək icazəlidirmi?

Cavab: Kağız salfetlərin üzərində səcdə etməyin icazə verildiyi materialdan hazırlandığına əmin olmadan onun üzərində səcdə etmək icazəli deyil. Vərəq üzərində səcdə edilməsinə icazə verilən materialdan və ya pambıq və kətandan hazırlanıbsa, onun üzərində səcdə etmək icazəlidir.

Sual: Namaz qılmaq istədikdə bəzən cibimdə olan ağ vərəqlərdən istifadə edərək üzərində səcdə edə bilərmmi?

Cavab: Əgər pakdırsa, ağacdan yaxud üzərində səcdə edilməsi düzgün hesab olunan bu kimi materialdan hazırlanıbsa, onun üzərinə səcdə etmək icazəlidir. Həmçinin pambıq və ya kətandan hazırlanıbsa, hökm eynidir.

Sual: Salfet üzərinə səcdə etmək namazı batil edirmi?

Cavab: Bəli, edir. Lakin onun üzərində səcdə edilməsi düzgün hesab olunan materialdan hazırlandığına əminlik olarsa, batil etməz.

Sual: Bəzən hüseyni türbə (möhür) üzərinəə səcdə etmək mümkün olmur. Xüsusilə də iş yerlərində. Bu kimi hallarda kağız salfetlərin üzərində səcdə edirik. Bunun hökmü nədir?

Cavab: Onun ağac, ağac yarpağı, ağac liflərindən və bu kimi üzərində səcdə edilməsi düzgün hesab olunan materiallardan hazırlandığına əmin olmadan səcdə etmək icazəli deyil. Bu kimi hallarda ağacdan və ya daşdan düzəldilmiş təsbih, yaxud həsir palaz üzərində səcdə edə bilərlər.

Sual: Salfet üzərinə səcdə edənin hökmü nədir?

Cavab: Əgər üzərində səcdə edilməsi düzgün hesab olunan materialdan hazırlanıbsa, namaz düzgündür. Əks təqdirdə isə namaz batildir. Lakin qüsurlu cahil olarsa, namaz batil hesab olunmur.

Sual: Nədən hazırlandığını bilmədiyim halda ağ və ya rəngli kağız üzərinə səcdə etməyim icazəlidirmi?

Cavab: İcazəli deyil.

Sual: Türbə (möhür) olmadıqda ətirli salfetlərin üzərində səcdə etmək icazəlidirmi?

Cavab: Səcdə yer və yerin bitirdiyi, yeyilməyən və geyinilməyən hər bir şeyin üzərinə olmalıdır. Qızıl, gümüş və bu kimi yer hesab olunmayan yeraltı resurusların və bitki adlanmayan yanmış ağac külünün və yaxud su üzərində olan bitkilərin üzərində səcdə etmək icazəli deyil. Daş-qaşların, gilin, əhəngin, kəcin, bişdikdən sonra nurənin üzərində səcdə etmək icazəlidir. Həmçinin meyvə dənələrinin (xurma və bu kimi meyvələrinin dənələrinin), qabığı yeyilməyən (qoz kimi) meyvələrin qabıqları, xurma yarpağı, lifi və taxta üzərində üzərində səcdə etmək icazəlidir. Doğruya ən yaxın olan rəyə əsasən taxta, pambıq və ya kətan kimi materiallardan hazırlanan kağızların üzərində səcdə etmək icazəlidir. Amma kağız ipək və ya yundan hazırlanıbsa, onun üzərində səcdə etmək icazəli deyil. Kağızın üzərindəki yazı onun üzərində əlavə qat yaratmayan rəngdirsə (yəni, səcdə edərkən alın ilə kağız arasında maneə yaratmırsa), onun heç bir eybi yoxdur. Bu şərtlə ki, kağız üzərində səcdə edilməsi düzgün hesab olunan materialdan hazırlanmış olsun və kağızın yazı olmayan hissəsi səcdə etmək üçün yetərli miqdarda olsun. Bu halda onun üzərinə səcdə etmək icazəlidir.

Sual: Salfet üzərinə səcdə etməyin hökmü nədir?

Cavab: Onun üzərində səcdə edilməsi düzgün sayılan materialdan hazırlandığına əminlik olmasa, icazəli deyil.