Lal-kar şəxsin namaz və orucunun hökmü

Sual: Atam anadangəlmə lal və kardır, təqribən 40  yaşına qədər nə namaz qılıb, nə də oruc tutub. Nəzərinizə çatdırım ki, o, tikintidə fəhlə işlədiyi üçün oruc tuta bilmir? Onun hökmü nədir?

Cavab: Qılmadığı namazların qəzası ona vacibdir. Amma hal-hazırda qəza edə bilmirsə, ölümündən sonra əvəzindən qəza edilməsini vəsiyyət etməlidir.

Əgər orucu şəri üzrə görə tərk edibsə - belə ki, işi tərk emək, yaxud işlə oruc tutmağı cəm etmək adətən, dözülməz çətinliyə səbəb olubsa – bu zaman ona kəffarə deyil, yalnız qəza vacib olar. Bəli, ona hər gün üçün bir yoxsula bir müdd miqdarında fidyə verməsi vacibdir. Amma hal-hazırda qəza edə bilmirsə, ölümündən sonra əvəzindən qəza edilməsini vəsiyyət etməlidir.