Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Münəccimlik

Sual: Bəzi telekanallarda bürclər barədə verlişlərə tamaşa edirik. Bürclər barədə deyilən xəbərlər mötəbərdirmi?

Cavab: Haram münəccimlik olmasa da, mötəbər deyil.

Sual: Sizdən münəccimlik barədə izah verməyinizi xahiş edirik.

Cavab: Münəccimlik haramdır. Yəni, planetlərin hərəkətləri, onlarda baş verən dəyişikliklər, bir-birinə yaxınlaşma, bir-birindən uzaqlaşma kimi məsələlər əsasında onların hadisələrə müstəqil təsiri və ya Allah-təala ilə birgə təsir etməsinə etiqad bəsləyərək bahalıq, ucuzluq, isti, soyuq və bu kimi baş verəcək hadisələrdən xəbər vermək haramdır. Lakin ay və günəş tutlması, planetlərin bir-birinə yaxınlaşması və ya bir-birindən uzaqlaşması barədə xəbər vermək haram münəccimlik hesab olunmur. Çünki bu kimi xəbərlər elmi əsaslara söykənir. Burada bəzi hallarda baş verən səhv xəbər əslində hesablamaların düzgün yerinə yetirilməməsindən qaynaqlanır.

Sual: Haram münəccimlikdən məqsəd nədir?

Cavab:  Haram münəccimlik planetlərin hərəkətləri, onlarda baş verən dəyişikliklər, bir-birinə yaxınlaşma, bir-birindən uzaqlaşma kimi məsələlər əsasında onların hadisələrə müstəqil təsiri və ya Allah-təala ilə birgə təsir etməsinə etiqad bəsləyərək bahalıq, ucuzluq, isti, soyuq və bu kimi baş verəcək hadisələrdən xəbər verməkdir.