Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, hicri təqvimlə Azərbaycan və Rusiya arasında 1 gün fərq var. Məsələn, Rusiyada hicri ayın 2-sidirsə, Azərbaycanda 3-üdür.

Müsafirlik hökmünü aradan aparan hallar

Sual: Şəhərin binalarının görsənməməsindən məqsəd nədir? Bir çox böyük ölkələrdə qəsəbə və kəndlər bir-birinə bitlişmiş kimi olur.

Cavab: Məqsəd yaşayış tikililərinin sonudur. Qəsəbələr ürfün nəzərində öz ayrılığını saxlayırsa, onların bir-birənə birləşməsi bir məntəqə olmasına səbəb olmaz.

Sual: Müsafirlik hökmünü pozan hallar hansılardı?

Cavab: Əgər səfər qeyd olunan 8 şərti özündə ehtiva edirsə, aşağıdakı hallardan biri baş vermədiyi təqdirdə, müsafir şəxs namazlarını qəsr qılmalıdır.

Birinci: Vətəndən keçmək. Müsafir şəxs vətənindən keçərsə və ora daxil olarsa, yeni səfərə başlamadığı təqdirdə namazlarını tamam qılması vacibdir. Amma vətənə daxil olmadan oradan keçməyə gəlincə, müsafir hökmünü aradan aparması şübhəlidir. Vacib ehtiyaca əsasən, hətta qət etdiyi məsafə ilə yanaşı qayıdarkən şəri məsafəni qət edəcəyini nəzərdə tutmayıbsa, namazlarını qəsr və tamam qılmalıdır.

Vətən dedikdə, aşağıdakı yerlər nəzərdə tutlur:

1. Onun nisbət verildiyi, valideyinlərinin yaşadığı və anadan olduğu yer.

2. Yaşayış üçün seçdiyi və ömrünün sonunadək yaşamaq istədiyi yer.

3. Uzun müddət qalıb yaşadığı yer. Belə ki, həmin yerdə artıq müsafir hesab olunmur, oranı tərk edərək 10 gün ərzində başqa müvəqqəti yaşayış yeri seçsə də ürfün nəzərində onun vətəni hesab olunur.  Məsələn, bir yerdə bir il və ya altı ay, yaxud da daha çox qalmaq istəsə qeyd edilən niyyətə əsasən (müvəqqəti olsa da yaşayış yeri seçmək) bir aydan sonra vətən hökmünü daşıyır. Lakin bundan əvvəl namazlarını həm qəsr, həm də tamam qılmaqla ehtiyat etməlidir. Bundan əlavə seçmə yolu ilə olan vətən (sonuncu iki qism) müstəqil surətdə seçilməsi və ya həyat yoldaşı və bu kimi hallarda başqa şəxsə tabe olmaqla olması arasında heç bir fərq yoxdur. Həmçinin üç qismin heç birində yerin mubah olması şərt deyil. Bu yerləri yaşayış yeri olaraq birdəfəlik tərk etdikdə onlaradan vətən ünvanı götürülür. Bundan başqa vətən haqqında bəzi fəqihlər “şəri vətən” deyilən anlayış qeyd etmişlər. Bundan məqsəd evinin olduğu və niyyət edib ardıcıl olaraq  altı ay orada yaşadığı yerdir. Lakin bizim nəzərimzdə bu növ vətən sabit deyil. Həmçinin seçmə yolu ilə olan vətən bir neçə yerə şamil ola bilər. Məsələn, qeyd edilən niyyət əsasında insan isti günlərdə 4 ay bir yerdə, soyuq günlərdə 4 ay başqa bir yerdə, ilin qalan günlərini isə tamamilə ayrı bir yerdə yaşaya bilər.

İkinci: Müəyyən bir yerdə 10 gün qalmağı niyyət etdikdə müsafir hökmü aradan qalxar və müsafir şəxs namazlarını bütöv qılmalıdır. 10 gün qalmağı niyyət etməkdən məqsəd müsafir şəxsin bu müddət ərzində istər ixtiyari, istərsə də qeyri-ixtiyari, məcbur olaraq orada qalacağına əmin olmasıdır. Əgər müsafir şəxs həbs olunduğu yerdə 10 gün qalacağını bilirsə, namazlarını bütöv qılması vacibdir. Əgər bir yerdə 10 gün qalmağı niyyət etdikdən sonra bu müddət ərzində orada qalacağına əmin olmasa, belə ki, 10 gün tamam olmamış səfər edəcəyini ehtimal edərsə, 10 gündən çox qalmış olsa belə, namazlarını qəsr qılmalıdır.

Zövcə, xidmətçi kimi səfərdə başqasına tabe olan şəxslər əgər tabeçiliyində olduğu şəxsin 10 gün qalacağını niyyət etmədiyini düşünərsə və ya şəkk edərsə, namazlarını qəsr qılmalıdır. Əgər qaldıqları müddət əsnasında tabeçiliyində olduğu şəxsin əvvəlcədən iqamət qəsdi etdiyi məlum olarsa, qalan günləri də namazını qəsr qılmalıdır. Amma tabeçiliyində olduğu şəxsin yenidən iqamət qəsdi edəcəyini bilərsə, namazlarını tamam qılmalıdır. Buna əks olan halda da hökm eynidir. Belə ki, tabe olan şəxs tabeçiliyində olduğu şəxsin iqamət qəsdi etdiyini düşünüb namazlarını tamam qıldıqdan sonra ona tabeçiliyində olan şəxsin iqamət qəsdi etmədiyi məlum oalrsa, səfər edəcəyi günə kimi namazlarını tamam qılmalıdır.

Əgər müsafir hər hansı bir yerdə müəyyən müddət qaldıqdan sonra həmin müddətin 10 gün olması və ya olmaması barədə şəkk edərsə, hətta sonradan 10 günün tamam olduğu məlum olsa belə, müsafir hökmünü daşıyır. Məsələn, müsafir şəxs Ramazan ayının 21-i müqəddəs Nəcəf şəhərinə səfər edib bayrama kimi orada qalmağı niyyət etsə, lakin Ramazan ayının 29 gün və ya 30 gün olması barədə şəkk edərsə, belə ki, 9 və ya 10 gün qalacağını bilmirsə, sonradan Ramazan ayı 30 günə tamam olsa belə, namazlarını qəsr qılmalıdır. Həmçinin niyyət edərkən qalacağı günlərin sayının 10 gün olmayacağını düşünsə və sonradan səhv etdiyi məlum olarsa hökm eynidir. Məsələn, qeyd etdiyimiz kimi Ramazan ayının 14-ü Nəcəf şəhərinə səfər etsə və Qədr gecələrinin sonuna qədər orada qalacağını niyyət edərsə. Lakin ayın 15-ci günü şəhərə daxil olduğunu güman edərək qalacağı günlərin sayının 9 gün olduğunu fikirləşərsə, bu halda o, hətta sonradan ona şəhərə ayın 14-ü  daxil olduğu məlum olsa belə, namazlarını qəsr qılmalıdır. İqamət qəsdi edən şəxsə namazın vacib olması şərt deyil. Əgər müsafir uşaq iqamət qəsdi edərsə, və bu müddət ərzində həddi-buluğ olarsa, qalan günlər az olsa belə, namazlarını tamam qılmalıdır. Həmçinin qadın heyz və nifasdan pak olarsa, hökm eynidir.

Əgər müsafir bir yerdə iqamət qəsdi etdikdən sonra məqsədindən daşınarsa, aşağıdakı hökmlərə əməl etməlidir.

1. Hər hansı bir namazı əda niyyəti ilə btöv qıldıqdan sonra fikrindən daşınarsa, həmin yerdə qaldığı müddət ərzində namazlarını bütöv qılmalıdır.

2. Hər hansı vacib namazını qılmamışdan əvvəl fikrindən daşınarsa, bu halda namazlarını qəsr qılması vacibdir.

3. Namazını tamam qıldığı əsnada fikrindən daşınarsa, üçüncü rükətin rukusunu daxil olmadığı halda namazını qəsr niyyətinə dəyişib iki rükət tamamlamalıdır. Müstəhəb ehtiyata əsasən, həmin namazı yenidən qılsın. Əgər üçüncü rükətin rukusuna başladıqdan sonra fikrindən daşınarsa vacib ehtiyata əsasən, namazı batildir. Həmin namazı yenidən qəsr qılmaq vacibdir.

İqamə qəsdi etdikdə qalacağı yerdən çıxmamağı niyyət etmək şərt deyil. Şəri məsafəni keçmədiyi – hətta gediş gəliş yolu daxil olmaqla – iqamə etdiyi yerdən kənar qalması ürfün nəzərində iqamə etməsi ilə ziddiyyət yaratmadığı təqdirdə dəfn mərasimində iştirak, möminlərin qəbrlərini ziyarət etmək və ya gəzinti məqsədi ilə bir yerə getməsinin heç bir maneəsi yoxdur.

Əgər iqamə etdiyi müddətdə gündüzün hamısını və ya çöx hissəsini kənara çıxmaq istəyərsə, şübhəsiz iqamə qəsdi pozular və namazları qəsr qılmaq ona vacib olar. Həmçinin bütün gecəni kənarda olarsa, hökm eynidir. Lakin gündüzün yarısını çıxıb qayıtmağı, hətta gecənin daxil olmasından bir saat sonra olsa belə, niyyət edərsə, bir neçə yerdə qalmaq həddində təkrar olunmasa, iqamə qəsdinə xələl gəlməz.

İqamə qəsdi edərkən 10 gün ardıcıl qalmaq şərtdir. Yalnız birinci və sonuncu gecəni qalmaq yetərli deyil. Əgər müsafir bütün 10 günü və aradakı gecələri bütövlükdə bir yerdə qalmağı    niyyət edərsə, namazlarını bütöv qılması vacibdir. Zahirə əsasən, bir yerə daxil olduğu günün günortasından 11-ci günün günortasına kimi iqamə qəsdi etmək yetərlidir.

Əgər bir yerdə 10 gün qalmağı niyyət edib namazı bütöv qıldıqdan sonra şəri məsafədən az olan bir yerə getmək istəyərsə, aşağıdakı hallara əsasən, hökmlərə əməl etməlidir.

1. Qayıtdıqdan sonra 10 gün qalmaq niyyətində olsun. Bu halda gedib qayıdarkən və gedəcəyi yerdə namazlarını bütöv qılması vacibdir.

2. Qayıtdıqdan sonra 10 gündən az qalmaq niyyətində olsun. Bu halda da gedib qayıdarkən və gedəcəyi yerdə namazlarını bütöv qılması vacibdir.

3. Geri qayıtmaq niyyəti olmaya və gedəcəyi yerdən səfərini davam etdirmək istəyə. Bu halda iqamə etdiyi yerdən çıxdıqdan sonra namazlarını qəsr qılması vacibdir.

4. Gedəcəyi yerdən səfərini davam etdirmək niyyətində olsun. Lakin səfər əsnasında iqamə qəsdi etdiyi yerdən keçməli olsun. Bu halda  gedib qayıdarkən və gedəcəyi yolda namazlarını qəsr qılmalıdır.

5. Geri qayıdacağından və səfərindən qəflətdə olsun və yaxud tərəddüd etmiş olsun. Belə ki, bilmir getdiyi yerdən səfərini davam etdirsin, yoxsa iqamə qəsdi etdiyi yerə qayıtsın. Bu halda yenidən səfər etmək niyyətində olmasa, namazlarını bütöv qılması vacibdir.

Üçüncü: Müsafir şəxs bir yerdə 30 gün qalmış olarsa. Əgər müsafir şəxs gedəcəyi yerdə 10 gündən çox qalmayacağını düşünürsə və ya nə qədər qalması barədə tərəddüd edərək 30 gün tamam olanadək həmin yerdə qalarsa, yenidən səfər etmək niyyətində olmadığı təqdirdə namazlarını bütöv qılması vacibdir. Zahirə əsasən, 10 gün iqamə etmək məsələsində deyildiyi kimi burada da təlfiq (yəni 30 sutkanın tamam olması) yetərlidir. Bir neçə yerdə qalmaq yetərli deyil. Məsələn, müsafir şəxs Kufə və Nəcəf şəhərlərində 30 gün qalarsa, namazlarını tamam qılmaq hökmü ona şamil olmaz. 30 gün qalacağı yerdən həmin yerdə iqamə etməsinə xələl gəlməyəcəyi miqdarda başqa yerə səfər etməyin heç bir maneəsi yoxdur. Necə ki, 10 gün iqamə etməyin hökmlərində bu barədə qeyd etmişik. Əgər bir yerdə 30 gün qaldıqdan sonra şəri məsafədən az miqdarda yerləşən başqa bir yerə getmək istəyərsə, hökm yuxarıdakı məsələdə qeyd etdiyimiz kimidir. Həmin məsələdə qeyd olunan hallar bu məsələdə də keçərlidir.

Sual: Səfəri pozan hallar barədə aşağıdakı sualımız var. Əgər müsafir vətənindən keçərkən vətənində qalarsa, yenidən səfərə başlamadığı halda namazlarını bütöv qılması vacibdir. Amma yalnız vətəndən keçməyin səfəri pozmasına gəlincə, bu, şübhəlidir. Sual bundan ibarətdir. Müsafir şəxsin 5 dəqiqə ərzində evinə daxil olması və ya dostu ilə görüşməsi səfərin pozulması üçün yetərlidirmi, yoxsa elə bir müddət keçməlidir ki, ürfün nəzərində orada qalmaq hesab olunsun?

Cavab: Orada qalmaq deyiləcək qədər olması vacibdir.

Sual: Bəhreyn dövləti bir şəhər hesab olunurmu və orada yaşayanlar səfər edəndə namazlarını qısa qılmalıdırlarmı? Çünki Bəhreyn dövlətinin ərazisi kiçikdir.

Cavab: Bəhreyn dövlətində şəhərlər və kəndlər bir-birinə birləşik olsa da, bir şəhər hesab olunmur.

Sual: “İzahlı şəriət məsələləri” kitabında səfəri pozan hallarda 931-ci məsəllədə 10 gün qalacağı yerdə tərəddüd edərkən namazın vacib qılınması hökmündə niyyətdə tərəddüd etməyin zamanının  əvvəl və ya sonrakı gün olmasında heç bir fərq yoxdur. Seyid Xoyinin (Allah ona rəhmət eləsin) “Minhacus-salihin” kitabında isə qeyd olunan halda namazı bütöv qılmağın vacibliyi qeyd olunub.

Cavab: Əvvəl və sonrakı gündə niyyətdə tərəddüd etməyin mənası müsafir şəxsin, məsələn, cümə axşamı və ya cümə gününə kimi iqamə edəcəyini bilməməsidir.

Sual: Biz dəmir filizləri çıxaran şirkətdə işləyirik. Bizim 1 ildən 20, 30 ilədək iş təcrübəmiz var. Biz Bəsrə şəhərində yaşayırıq. Şirkətin iş yeri bizdən şəri məsafə qədər uzaqda yerləşir. Əvvəllər hər gün işə gedirdik. Sonradan iş rejimi dəyişərək günaşırı oldu. İndi isə iş rejimimiz 4 gün istirahət 1 günü isə tamamilə işləməkdən ibarətdir. Aşağıdakı sallarımıza cavab verilməsini rica edirik:

1) Şirkət iş yeri hesab olunurmu və səfəri pozan hallardandırmı?

2) Həmin iş yerində namaz və oruclarımızın hökmü nədir?

3) Seyid cənablarının rəyinə görə, qeyd olunan məsələ 8 və ya daha çox gün olmalıdırmi ki, namazlarımızı tamam qılaq və oruclarımızı tutaq? Yoxsa iş yeri məsələsi bu mövzunu ehtiva etdiyi üçün (səfərin pozulması) orucun tutulması və namazın tamam qılnması vacib olur.

4) Qeyd edirik ki, Sizin dəftərxananızdan bu məsələ soruşulmuş, oradan orucun tutulmaması və namazın qısa qılınmasının vacib olması barədə cavab verilmişdir. İşçilər hamısı çaşqın vəziyyətdə qalmışlar. Biz Sizin tərəfinizdən cavab gəlincəyə qədər oruc məsələsində ehtiyata əməl edəcəyik.

Cavab: Əgər əvvəlki iş rejimindən üz çevirsəniz, belə ki, bir daha əvvəlki kimi orada qalmaqla işə dəvamiyyət olmasa, iqamə etmək şərti aradan getdiyi üçün oruc tutmamalı və namazlarınızı qısa qılmalısınız. Amma iş rejimindən çevirmədiyiniz  nəzərə alınsa, iqamə hökmü şirkətə aid olur. Buna əsasən də, namazları bütöv qılmaq və orucu tutmaq vacibdir. Əvvəlki sualın cavabı birinci fərziyəyə əsaslanır.

Sual: 30 günə qədər  bir neçə yerdə qalacağında tərəddüd edən şəxsin hökmü nədir?

Cavab:  Müxtəlif yerlərdə tərəddüd edərək qalan şəxs 30 günədək qalsa belə namazlarını qısa qılmalıdır. Əgər bir yerdə tərəddüd edərək 29 gün qaldıqdan sonra başqa yerə gedib orada da tərəddüd edərək 29 gün qalarsa, bir yerdə 10 gün iqamə etmək niyyəti edənədək və ya 30 gün qalanadək, yaxud çox səfər edən şəxs hesab olunanadək həmin günlərin hamsında namazlarını qısa qılmalıdır.

Sual: İqamə edilən yerin vahid məkan olması şərtdirmi?

Cavab: İqamə edilən yerin vahid məkan olması şərtdir. Əgər 10 gün Nəcəf şəhərində və Kufə məscidində iqamə edərsə, namazlarını qısa qılmalıdır. Bəli, şəhərin hasarlarından kənara çıxmamaq şərt deyil. Əgər həmin yerə məxsus bostanlara, əkin yerlərinə, qəbristanlığına, bulaqlara və ya bu kimi həmin yerin insanlarının getdikləri yerlərə gedərsə, iqamə etməsinə xələl gəlməz. Amma bir şəxs tərəxxüs həddinə və ya daha çox məsafə kənara çixmaq istəyərsə, məsəslən, Nəcəfdə iqamə edərək Kufə və ya Səhlə məscidinə getməyi niyyət edərsə, kənarda olduğu müddət bütün günü əhatə etməsə, iqamə niyyətinə xələl gəlməz. Həmçinin günortadan sonra kənara çıxıb qürubdan bir saat sonra qayıtsa da iqamə niyyətinə xələl gəlməz. Lakin o qədər təkrar olunmamalıdır ki, bir neçə yerdə iqamə etmək hesab olunsun.

Sual: Əgər bir insanın vətəni Nəcəf şəhəri, iş yeri isə Kufə kimi başqa şəhərdə olarsa, hər gün səhər vətənindən çıxıb işə gedib axşam qayıdarsa, ürfə görə o, müsafir hesab olunurmu?

Cavab: Əgər bir insanın vətəni məsələn, Nəcəf şəhəri, iş yeri isə Kufə kimi başqa şəhərdə olarsa, hər gün vətənindən çıxıb işə gedib axşam qayıdarsa, ürfə görə iş yerində müsafir hesab olunmaz. Amma Nəcəfdən çıxıb iş yerinə gedib məsələn, günortadan sonra Bağdad şəhərinə getməyi niyyət edərsə, iş yerində namazlarını bütöv qılmalı, iş yerinin tərəxxüs həddini keçdikdən sonra isə qısa aılmalıdır. Bağdad şəhərindən Nəcəfə qayıdarkən iş yerinə çatarsa, namazlarını bütöv qılmalıdır. Həmçinin Kazimiyyədə yaşayanların hökmləri də bu cürdür. Əgər onların, məsələn, iş yerləri Bağdadda olarsa, iş yerinə gedib sonra Kərbəla şəhərinə getməyi niyyət edərlərsə, iş yerlərindən keçəcəkləri təqdirdə gedib gələrkən namazlarını tamam qılmalıdırlar.

Sual: Yaşayış yeri birdəfəlik tərk edilərsə vətən hökmü tamamilə aradan gedirmi?

Cavab: Əgər bir daha orada məskunlaşmayacağına əmin olaraq oranı tərk edərsə, vətən hökmü aradan gedər. Lakin yenidən orada məskunlaşacağı etimad ediləcək dərəcədə ehtimal olunarsa, vətən hökmündə qalar və həmin yerə ziyarət məqsədi ilə gedərsə, namazlarını bütöv qılmalıdır. Qeyd olunan hökmlərdə doğulduğu vətən ilə seçdiyi vətən arasında heç bir fərq yoxdur.

Sual: “İzahlı şəriət məsələləri” kitabından belə başa düşürük ki, səfərin pozulması müsafirin yaşadığı yerin ən sonuncu evindən və ya şəhərin qurtaracağı olan yerlərdən azan səsinin eşidilmədiyi halda başlayır. Mən Bəsrə şəhərində yaşayıram. Bəsrənin sərhədləri cənubda əl-Fav şimalda isə əl-Əziz məntəqəsinə qədər uzanır. Hər iki məntəqə şəhərin mərkəzindən 80 km uzaqlıqda yerləşir. Məlumdur ki, bu iki məntəqə arasında yaşayış evləri bir-birinə yaxın olaraq yerləşir. Baxmayaraq ki, bəzən 0,5 km-dən çox olmayan çöllüklər də var. Şəhərin mərkəzindən əl-Əziz məntəqəsini keçərək şimalda yerləşən əl-İmarə məntəqəsinə səfər edən müsafirin hökmü nədir? Şimalda yerləşən əl-İmarə məntəqəsinə gedərkən əl-Əzizdən 44 km (gediş-gəliş) məsafəni hesablayıb namazlarını qısa qılmalıdır? Yoxsa şəhərin mərkəzindən, yaxud şəhərin mərkəzində yaşadığı məhlədən hesablamalıdır? Həmçinin Bəsrə şəhərinin hüdudları daxilində yaşayan şəxslər səfər edərlərsə necə etməlidirlər? Həmçinin başqa şəhərlərdə yaşayanların hökmü necədir? Başqa cür desək; şəhər inzibati ərazi bölgüsü əsasında təyin olunan hüdudları ilə birlikdə müsafir üçün  yaşayış yeri və vətən hesab olunurmu? Yoxsa müəyyən məsafələrə bölünməlidir? Əgər bölünərsə, yaşayış yerindən nə qədər məsafə təyin olunmalıdırmı?

Cavab: Məsafənin hesablanması sual soruşan şəxsin yaşayış yerinin ürfə əsasən, qurtardığı yerdən hesablanmalıdır. Bunun dövlət tərəfindən təyin olunan inzibati ərazi bölgüsünə heç bir aidiyyatı yoxdur. Məsələn, müəyyən bir kənddə yaşayan şəxs həmin kəndin sonuncu evindən və ya ürfə əsasən, hüdudlarından başlayaraq məsafəni hesablamalıdır. Hər hansı bir qəsəbədə və ya rayonda yaşayan şəxs həmin yaşayış yerinin hüdudlarından hesablamalıdır. Şəhərdə yaşayan şəxs həmin şəhərin qurtardığı yerdən hesablamalıdır. Azan səsi eşidilməyən yer (bu barədə fətva verən fəqihlərin rəyinə əsasən) tərəxxüs həddinin başlandığı yerdir, məsafənin hesablanması üçün başlanğıc nöqtəsi deyil.