Rəhmli və Mərhəmətli Allahın adı ilə! Sabah 05/06/2019 Moskvada və ətrafında Fitr bayramıdır!

Mücahidlərin orucunun hökmü

Allahın adı ilə!

Ali məqamlı mərceyi-təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənabları

Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh

Sual: Mübarək Ramazan ayının isti hava şəraitində könüllülər və təhlükəsizlik güclərinin tərkibində xidmət edən mücahid qardaşların orucunun hökmü nədir? Belə ki, (bu cür hava şəraitində) döyüşmək və təhlükəsizliyi qorumaq onların öhdəsinə düşüb.

Allahın adı ilə!

Qeyd olunan hal, fəcrin doğuşu zamanı oruc niyyəti etməməyə əsas vermir. Əksinə, oruc niyyəti edilməlidir. Lakin hər kim özündə, yemək-içməkdən çəkinməsinə davam etməklə öhdəsinə düşən vəzifəni lazım olan şəkildə yerinə yetirə bilməməsi halını müşahidə edərsə, bu zaman ehtiyata əsasən, lazım olan miqdara kifayətlənməklə yeyib-içməsi caizdir. Sonra isə qəzasını yerinə yetirməlidir.

Seyid Sistaninin Nəcəf-Əşrəf şəhərində yerləşən dəftərxanası

29 Şaban 1436 h.q. ili