Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Müsafirin orucu

Sual: Mən xaricdə yaşayıram. Valeideynlərimi görmək üçün səkkiz günlüyünə ölkəmə gəlmişəm. Hal hazırda valideynlərimin evindəyəm. Oruc tuta bilərəmmi?

Cavab: Əgər atanızın yaşadığı şəhər, sizin doğulduğunuz yer deyilsə, namazlarınızı qəsr olaraq qılmalısıznız. Orucunuz isə düzgün deyildir.

Sual: Ramazan ayında səfər etməyin hökmü nədir?

Cavab: Maneəsi yoxdur. Amma oruc tutmaqdan yayınmaq üçün olarsa, məkruhdur.

Sual: Səfərdə müstəhəb oruc tutmağın hökmü nədir?

Cavab: Nəzir deyilsə, qanuni deyil.

Sual: Oruc tutan şəxs, Ramazan ayında zöhrdən əvvəl, vətəninə çatarsa və səfərdə olduğu zaman yolda yalnız bir ədəd siqaret çəkmiş olarsa, orucu düzgündürmü?

Cavab: Vacib ehtiyata əsasən, orucu qəza etməlidir.

Sual: Oruc tutan şəxs, zöhrdən sonra səfərə çıxıb bir gün sonra zöhr azanından əvvəl vətəninə qayıdarsa, iki gün orucunun hökmü nədir?

Cavab: Birinci günün orucu düzgündür. İkinci gün səfərdə, zöhrdən əvvəl vətəninə çatana qədər oruc niyyəti etməməlidir. Belə ki, vətəninə çatdıqdan sonra oruc niyyəti etməlidir. Həmçinin səfərdə orucu pozacaq bir iş görməməlidir.

Sual: Mən yaşadığım şəhərdən uzaqda yerləşən şəhərlərin birində universitetə qəbul olunmuşam. Bir neçə il ərzində hər həftə beş və yaxud altı gün fərqli saatlarda universitetə getmək məcburiyyətindəyəm. Bu halda, mənim vacib, müstəhəb namaz və oruclarımın hökmünü izah edə bilərsinizmi?

Cavab: Siz kəsirus-səfərsiniz (yəni, çox səfər edən). Bütün səfərlərdə namazlarınızı tam qılmalısınız. Lakin birinci ay ehtiyat edib namazlarınızı həm tam, həm də qəsr qılmalısınız.

Sual: Ongün bir yerdə qalmağa qərar verən şəxs, müstəhəb oruc tuta bilərmi?

Cavab: On gün bir yerdə qalmağa qərar verən şəxs, vacib oruc tutmalıdır: müstəhəb oruc da tuta bilər.

Sual: Bir yerdə on gün qalmağa qərar verən şəxs, oruc tutub zöhrdən sonra orada qalmaq fikrindən daşınarsa, vəzifəsi nədir?

Cavab: Bir yerdə on qalmağa qərar verən şəxs, oruc tutub zöhrdən sonra orada qalmaq fikrindən daşınarsa, orada qaldığı müddətdə orucu düzgündür və namazları tam qılmalıdır. Lakin dörd rəkətli namaz qılmayıbsa, vacib ehtiyata əsasən, orucunu tamamlamalı və qəza da etməlidir. Namazlarını da qəsr qılmalıdır. Növbəti günlərdə isə oruc tuta bilməz.

Sual: İnsan səfərdə oruc tuta bilərmi?

Cavab: Səfərdə dörd rəkətli namazlarını iki rəkət qılan şəxs, səfərdə oruc tuta bilməz. Amma işi səfər olan və yaxud günah səfər edən şəxs kimi səfərdə namazını tam qılan, səfərdə oruc tutmalıdır.

Sual: Səfərdə orucun batil olduğunu bilmədiyi üçün oruc tutan şəxsin orucu düzgündürmü?

Cavab: Səfərdə orucun batil olduğunu bilmədiyi üçün oruc tutan şəxs, oruc olduğu gün ərzində bu hökmü öyrənmiş olarsa, orucu batil olar. Amma axşama qədər hökmü öyrənməyən şəxsin orucu düzgündür.

Sual: Səfərdə olduğunu və yaxud səfərdə orucun batil olduğunu unudan şəxsin, səfərdə tutduğu oruc batildirmi?

Cavab: Səfərdə olduğunu və yaxud səfərdə orucun batil olduğunu unudan şəxsin orucu, vacib ehtiyata əsasən, batildir.

Sual: Oruc tutan şəxs, zöhrdən sonra səfərə çıxarsa, orucunu poza bilərmi?

Cavab: Oruc tutan şəxs, zöhrdən sonra səfərə çıxarsa, vacib ehtiyata əsasən, orucunu tamamlamalıdır və qəzası da yoxdur.

Sual: Vətəninə və yaxud on gün qalacağı yerə zöhrdən sonra çatan şəxsin orucu batildirmi?

Cavab: Bu şəxsin orucu, vacib ehtiyata əsasən, batildir və sonradan qəzasını tutmalıdır.

Sual: Səfərə getmək və yaxud başqa bir üzür səbəbilə oruc tutmayan şəxsin, orucu batil edən əməlləri etməsinin hökmü nədir?

Cavab: Səfərə getmək və yaxud hər hansı bir üzür səbəbilə oruc tutmayan şəxsin, Ramazan ayının günortasında cinsi əlaqədə olması və doyunca yeyib-içməsi, məkruhdur.