Mütə nikahı

Sual: Qadınlar hamilə qalmamaq üçün həb, iynə və bu kimi vasitələrdən istifadə edib hamilə qalmayacaqlarına 100 % əmin olarsa, mütə nikahında yenə də iddə saxlamalıdırlarmı?

Cavab: Əgər əlaqə baş verərsə, iddə saxlamalıdır. Hamilə qalmaqdan qorunsa da, hökm eynidir.

Sual: Kişi səfərdə arvadının icazəsi olmadan, başqa bir qadınla mütə nikahı bağlaya bilərmi?

Cavab: Müsəlman qadınla mütə nikahı bağlaya bilər.

Sual: Bir qız və oğlan ailə qurmaq istəsələr, lakin bir-birlərini tanımaq üçün daimi nikahdan əvvəl mütə nikahı bağlamaq istəsələr, amma qızın atası cəmiyyətin yanlış qınağından ehtiyat edib icazə verməsə, qızla oğlan qızın atasının icazəsi olmadan müvəqqəti nikah bağlaya bilərlərmi?

Cavab: Caiz deyil və nikah da batildir.

Sual: Mütə nikahı nədir?

Cavab:  Mütə nikahı; müvəqqəti evlilikdir və hökm baxımından daimi evlilik kimidir. Lakin bəzi höklərdə fərq var.