Rəhmli və Mərhəmətli Allahın adı ilə! Sabah 05/06/2019 Moskvada və ətrafında Fitr bayramıdır!

Məssi-meyyit (meyitə toxunma) qüslü

Sual: Məssi-meyyit (ölüyə toxunma) qüslü insana, nə zaman vacib olur?

Cavab: Ölmüş insanın soyumuş və qüsl verilməmiş bədəninə toxunan, yəni, öz bədəninin bir hissəsini meyitə toxunduran şəxsə, bu toxunuş istər yuxuda olsun, istər oyaq halında, istər ixtiyarı olsun, istər qeyri-ixtiyari, məssi-meyyit qüslü (ölüyə toxunma qüslü) vacib olur. Insan hətta, dırnağını və yaxud sümüyünü ölünün qırnaq və yaxud sümüyünə toxundurarsa, qüsl etməlidir. Amma ölmüş heyvana doxunmaqla insane qüsl vacib olmaz.

Sual: Bədəni tam soyumamış ölünün, bədəninin soyumuş hissəsinə toxunularsa, qüsl vacib olarmı?

Cavab: Xeyr, vacib olmaz.

Sual: İnsan saçını ölünün bədəninə və yaxud saçına toxundurarsa, qüsl vacib olarmı?

Cavab: Xeyr, vacib olmaz.                   

Sual: Uşaq ölü dünyaya gələrsə, anasının vəzifəsi nədir?

Cavab: Anası, vacib ehtiyata əsasən, qüsl etməlidir.

Sual: Doğuş zamanı ana ölərsə, uşaq qüsl etməlidirmi?

Cavab: Vacib ehtiyata əsasən, uşaq büluğ həddinə çatmamışdan əvvəl qüsl etməlidir.

Sual: Üç qüslü tam olaraq verilmiş meyitə toxunan şəxsə, qüsl etmək vacibdirmi?

Cavab: Xeyr, qüsl etmək vacib deyildir.

Sual: Meyitin üçüncü qüslü tamamlandan ona toxunularsa, toxunan şəxsin qüsl etməsi vacibdirmi?

Cavab: Bəli.

Sual: Dəli bir şəxs, ölüyə toxunarsa, qüsl vacib olarmı?

Cavab: Dəli ağıllandıqdan sonra qüsl etməlidir.

Sual: Büluğ həddinə çatmamış uşaq, ölüyə toxunarsa qüsl vacib olarmı?

Cavab: Büluğ həddinə çatdıqdan sonra qüsl etməlidir.

Sual: Qüslü verilməmiş ölünün bədənindən bir parka qoparsa və qüslü verilməmişdən əvvəl toxunularsa, ona toxunan şəxs qüsl almalıdırmı?

Cavab: Xeyr, lakin ölü parça – parça olarsa və bir şəxs həmin parçaların hamısına və yaxud böyük bir qisminə toxunaesa, qüsl etmək vacib olar.

Sual: Qüslü verilməmiş ölünün, yaxud diri insanın bədənindən bir parça qopsa, qüsl verilməmişdən əvvəl ona toxunularsa və qopmuş parçada da sümük olsa, qüsl verilməlidirmi?

Cavab: Bu halda, qüsl verməyə ehtiyac yoxdur. Amma ölü parça-parça olarsa və bir şəxsin onun hamısına, yaxud böyük bir qisminə toxunarsa, qüsl vacib olar.

Sual: Qüslü verilməmiş sümüyə toxunmaq, qüsl vacib edərmi?

Cavab: Xeyr.

Sual: Ölüdən qopmuş və qüslü verilməmiş sümüyə toxunmaq, qüsl vacib edərmi?

Cavab: Xeyr.

Sual: Diri insandan qopmuş sümüyə toxunmaq, qüsl vacib edərmi?

Cavab: Xeyr.

Sual: Ölmüş insandan ayrılmış dişə toxunmaq, qüsl vacib edərmi?

Cavab: Xeyr.

Sual: Diri insandan ayrılmış dişə toxunmaq, qüsl vacib edərmi?

Cavab: Xeyr.

Sual: Məssi-meyyit (ölüyə toxunma) qüslü necə verilir?

Cavab: Cənabət qüslü kimi verilir.

Sual: Məssi-meyyit (ölüyə toxunma) qüslü aldıqdan sonra, namaz qılmaq üçün dəstəmaz almaq lazımdırmı?

Cavab: Xeyr, dəstəmaz almağa ehtiyac yoxdur.

Sual: Bir neçə ölüyə toxunan insan, neçə qüsl almalıdır?

Cavab: Bir qüsl alarsa, kifayət edər.

Sual: Bir şəxsin, ölmüş insana toxunduqdan sonra qüsl vermədən məsciddə dayanması haramdırmı?

Cavab: Xeyr.

Sual: Bir şəxs, ölmüş insana toxunduqdan sonra qüsl etmədən cinsi əlaqədə ola bilərmi?

Cavab: Bəli, maneəsi yoxdur.

Sual: Bir şəxs, ölmüş insana toxunduqdan sonra qüsl etmədən səcdəsi vacib olan ayələri oxuya bilərmi?

Cavab: Maneəsi yoxdur.