Mobil operatorlar tərəfindən keçirilən kredit kampaniyası

Sual: Azərbaycanda mobil telefon operatorları kredit kampaniyası keçirir. Bu kampaniya müvəqqəti deyil, ilboyu daimidir. Bu kampaniyada mobil telefonda danışıq balansı bitdikdə balans verir ve sonra isə hissə hissə həmin balansi artiq olmaq şərtilə abunəçinin hesab balansından çıxırlar. Məsələn, əgər mənim telefon balansım bitibsə, 2 (iki) manatliq kredit götürürəm, sonra isə mənim hesabımdan hissə hissə 3 (üç) manat pul cıxırlar. Mənim bu kreditdən istifadə etməyim caizdirmi?

Cavab: Vacib ehtiyata əsasən, haramdır.