Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Murdar olmuş paltar və yatağın pak edilməsi

Sual: Murdar olmuş paltar, yataq və ya xalça necə pak edilir?

Cavab: Yataq, xalça və bu kimi əşyalar müxtəlif növ nəcasətlə murdar olarsa – üzərində murdarın hissələri olmadığı təqdirdə – aşağıdakı kimi pak edilməsi mümkündür. Belə ki, onun üzərinə bardaq, stəkan və ya bu kimi qablarla az su tökmək lazımdır. Pak su murdar olan hissəni əhatə etdikdən sonra sıxmaq, paltaryuyan maşın, bir hissə parça və ya başqa bir vasitə ilə həmin su çıxarılmalıdır. Bu halda yataq, xalça və buna bənzər əşyalar pak olar. Onlardan çıxarılan su vacib ehtiyata əsasən, murdardır. Bu hökm sidikdən başqa bir nəcasətlə murdar olmuş paltar üçün də keçərlidir. Sidiklə murdar olmuş əşyaların hökmü aşağıda qeyd olunacaq. Həmçinin südəmər qız və oğlan uşağının sidiyi ilə murdar olmuş əşyanın hökmü qeyd ediləcək. Əgər əvvəlki vəziyyətə olan əşyanı kürr suya birləşmiş krant suyu ilə pak etmək istəsələr sıxmaq, paltaryuyan maşın, bir hissə parça və ya başqa bir vasitə ilə suyu çıxarmağa ehtiyac yoxdur. Kürr su murdar olmuş hissəni tamamilə əhatə edərsə, onu pak edər.

Paltar, yataq, xalça və bu kimi əşyalar qan və sperma kimi izi (hissələri) qalan müxtəlif  nəcasətlə murdarlanmış olarsa, nəcasətin hissələri ya yumaqla, ya da başqa bir vasitə ilə aradan aparıldıqdan sonra yuxarıda qeyd olunmuş qaydaya əsasən pak etmək olar. Lakin burada fərqli cəhət budur ki, vacib ehtiyata deyil, fətvaya əsasən nəcasətin hissələrini aradan aparan su murdar sayılır.

Südəmər körpənin – uşaq kiçik olarsa və yalnız nadir hallarda süddən qeyri qida qəbul edərsə – sidiyi ilə murdar olmuş paltar, yataq, xalça və bu kimi əşyaları paklamaq üçün sidik bulaşan yeri əhatə edəcək qədər bir dəfə  – nəinki çox, hətta az miqdarda – su tökməklə pak olar. Bundan sonra sıxmaqla, paltar yuyan maşınla və ya digər vasitə ilə suyu təmizləməyə ehtiyac yoxdur.

Sidiklə murdar olmuş paltarı pak etmək üçün bardaqdan, stəkandan və ya bu kimi qablardan paltarın üzərinə su töküb, su murdar olmuş yeri tamamilə əhatə etdikdən sonra paltarı sıxmaqla və ya başqa vasitə ilə suyu çıxartmaq lazımdır. İkinci dəfə də belə etdikdən sonra paltar pak olar. Əgər paltarda sidik olmasa hər iki dəfə yuyulmada sıxılma ilə çıxarılan su, vacib ehtiyata əsasən, murdar hökmünü daşıyır. Əgər (paltarın üzərində) sidik olarsa, fətvaya əsasən, yalnız birnci yumanın suyu murdardır. Sidiklə murdar olmuş paltarı kürr suya bağlılığı olan kratn suyu ilə pak etmək istəsələr, yenə də iki dəfə yumaq vacibdir. Lakin bu dədfə sıxmaq və ya başqa vasitə ilə suyu çıxartmağa ehtiyac yoxdur. Həmçinin sidiklə murdar olmuş bədən üzvlərini kürr su ilə olsa da, iki dəfə yumaq da vacibdir.