Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, hicri təqvimlə Azərbaycan və Rusiya arasında 1 gün fərq var. Məsələn, Rusiyada hicri ayın 2-sidirsə, Azərbaycanda 3-üdür.

Musiqi ifa olunan yerlərə getmək

Halal musiqilərin ifa olunduğu yerlərə həmin musiqini dinləmək üçün getmək, icazəlidir. Bağ, park, restoran, aeroportda qonaq qarşılamaq üçün məxsusi salonlar kimi ümumi yerlərdə əyləncəli musiqilər səslənir. Belə yerlərdə həmin musiqələrə qulaq asmamaq şərtilə sadəcə iştirak etməyin, maneəsi yoxdur.