Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, hicri təqvimlə Azərbaycan və Rusiya arasında 1 gün fərq var. Məsələn, Rusiyada hicri ayın 2-sidirsə, Azərbaycanda 3-üdür.

Mübahisə

Sual: Əgər iki insan — istər qohum olsunlar, istərsə də yox — mübahisə edərlərsə və zalımın bağışlanma diləməsi bilinməzsə, məzlumun onunla, müddət uzun sürsə belə, danışmaması olarmı?

Cavab: Ehtiyat dörd gündən artıq küsməyi tərk etməkdir.          

Sual: Əgər mənimlə müəyyən bir şəxs arasında küslülük varsa, yəni bir-birimizlə danışmırıqsa və başqa biri ilə onun (küsdüyüm şəxsin) yanından ötərəmsə, küslülüyüm olan kəsə eşitdirmək niyyəti ilə qarşısında heç bir kəsə aid etmədən ümumi sözlərlə atmaca atmağım şəriətə əsasən haramdırmı?

Cavab: Mömin şəxsi tərk etmək (küsmək), alçaltmaq və nöqsanlarını faş etmək olmaz!