Rəhmli və Mərhəmətli Allahın adı ilə! Sabah 05/06/2019 Moskvada və ətrafında Fitr bayramıdır!

Məktəblərdə şahmat icbari tədris olunarsa, nə etməli?

Sual: Azərbaycanda iki ildir ki, orta məktəblərdə şahmat dərsləri tədris olunur. Qeyd etməliyəm ki, dərslər məcburidir. Belə ki, dərslərdə iştirak etmədikdə sinifdə qalmaq problemi yarana bilər. Eyni zamanda mağazadan tədris üçün şahmat almaq zəruridir. Belə olan halda şəri vəzifəmiz nədir?

Cavab: Bu iş icazəli deyil. Bəli, əgər oradan başqa yerdə təhsil almaq mümkün deyilsə, təhsili tərk etmək də şəriət baxımından üzr sayılan problemlərə gətirib çıxararsa, olar.