Narkotik maddələrdən istifadə etməyin haram olması

Sual: Narkotik maddələrin həm onun istifadəçisinə, həm də bütünlüklə cəmiyyətə nə dərəcədə zərərli olduğu hər kəsə məlumdur. Belə ki, onun həm aludəçilik, həm də başqa zərələri vardır. Məhz buna görə də, tibb işçiləri, Səhiyyə Nazirliklərinə tabe olan idarələr və ictimayi təşkilatlar narkotiklərlə ciddi mübarizə aparırlar. Belə olan təqdirdə, Müqəddəs Şəriətin bununla bağlı rəyi nədir?

Cavab: Hər halda istər daimi, istərsə də digər məqsədlər üçün narkotik maddələrdən istifadə etmək, böyük zərər yetirdiyinə görə, haramdır. Vacib ehtiyata əsasən, ondan mütləq şəkildə ictinab etmək (uzaqlaşmaq) lazımdır. Lakin ondan tibbi əməliyyatlar zamanı lazım olan miqdarda istifadə etmək caizdir. (Hər şeyi) bilən Allahdır!