Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Nişanlanmaq

Sual: Nişanlılıq günlərində oğlan nişanlısı ilə gəzintiyə çıxa bilərmi?

Cavab: Kəbindən öncə o, naməhrəm hökmündədir, olmaz.

Sual: Elçilik və nişanda qız öz nişanlısına zinətindən nələri nümayiş etdirə bilər?

Cavab: Qız onunla evlənmək istəyən şəxsə saçını, boğazını, biləklərini və baldırlarını nümayiş etdirə bilər.

Sual: Nişanlıların kəbindən öncə nişan tədarükləri ilə bağlı tərtibat haqda danışmaqlarına dair cənabınızın fikri nədir?

Cavab: Əgər söhbət haramdan uzaq olarsa və harama düşmək qorxusu olmazsa, eyb etməz.

Sual: Nişanlılıq dövründə, aralarında şəri kəbininin kəsildiyini bildiyimiz halda, qız öz nişanlısının ona nail olmasına mane ola bilərmi?

Cavab: Kəbin əsnasında nail olma və asılılığın zəfafdan sonra baş verməsinə dair kəsilmiş başlıca şərtə əsasən, mane ola bilər. Necə ki, həmin müddət ərzində onun xərcləri ərə vacib deyildir.

Sual: Bir qıza elçilik etmək istəyib hicabsız şəklinə baxmağımın hökmü nədir?

Cavab: Nişanlı qız haqda bilmək istədiyin bütün məlumatlarla tanışlıqda şəklə baxmağın yararlı olmasına qənaətbəxşlik əldə etsən, şəklə baxmağın maneəsi yoxdur.

Sual: Nişanlım ilə öz ailəsinin evində hicabsiz, saçı açıq vəziyyətdə ikən birlikdə otura bilərəm?

Cavab: Əgər kəbindən sonradırsa, buna mane olacaq bir şey yoxdur. Əks halda isə o, digər qadınlar kimi naməhrəm hökmündədir. Buna, yalnız bir dəfə, evlənmək qətiyyəti olduqda, halından xəbərdar olmaq üçün icazə verilir.

Sual: Nişanlanılacaq qadın ilə nişandan əvvəl tanışlıq məqsədilə təklikdə olmaq olarmı?

Cavab: Vəziyyətindən xəbərdar olmaq niyyətilə və şəhvət hissi olmadan saçına və gözəlliklərinə baxmaq olar.

Sual: Bir gəncin elçiliyə gəldiyində, qız hicabını aça bilərmi?

Cavab: Bir tək elçiliyə görə, olmaz.

Sual: Nişan bizdə kəbinin kəsilməsi ilə baş tutur ki, bu da şəriətə görə evlilik, el adətinə görə isə nişan sayılır. Elə isə, evdən çıxdıqda icazə almağın vacibliyi kimi evlilik hökmləri mənə şamil olur, yoxsa ki, yox? Eləcə də, cinsi yaxınlıq etmək istədiyində el adətini üstün tutaraq etiraz etməmə icazə verilir, yoxsa ki, bu, el adətinin üstün tutulmadığı vacib olan bir haldır?

Cavab: Əgər kəbin kəsilmişsə, sən onun həyat yoldaşısan. Lakin cinsi yaxınlığa və bu kimi şeylərə şərait yaratmaq sənə vacib deyildir. Kəbin oxunarkən bütün bunların, eləcə də, ərin iznini almadan evdən çıxmaq azadlığının zəfafdan sonra baş verəcəyinə dair əsaslı şərt kəsilmişdirsə, — bu şərtin mənşəyi zahiri tanışlıq olmuş olsa belə — hökm eyni olacaqdır.

Sual: Nişanlamaq məqsədilə kişinin naməhrəm qadına baxmasının — bu halda ki, o, məhrəminin iştirakı ilə hicabsız halda onunla birlikdə oturur — hökmü nədir? Belə ki, əgər xoşuna gəlməsə, nişanlamayacaqdır.

Cavab: Bir qadınla ailə qurmaq istəyən şəxs onun üzünə, boğazına, əllərinə, biləklərinə, baldırlarına və bu kimi zinətlərinə baxa bilər. Bunda onun izni və razılığının olması şərt deyildir. Bəli, şərtdir ki: kişi qadına baxdığında şəhvət hissinin özündən asılı olmayaraq oyanacağını bilərsə, bu məqsəd ilə ona baxmasın; baxış səbəbindən harama düşəcəyindən qorxan biri olmasın.

Habelə, qadının iddədə olması və onun kişinin öz həyat yoldaşının bacısı olması kimi evlilik üçün maneələrin olmaması da şərtdir. Eləcə də, onun kişinin bundan öncə də elçiliyinə gəldiyi qadın olmaması şərtdir. Belə olduqda kişi onun seçimini qəbul edəcəkdir. Kişinin yalnız o qadın ilə ailə qurmaq niyyəti olduğu bu halda, vacib ehtiyat odur ki, mütləq evlilik məqsədilə seçim etməyi konkretləşdirərək hamının razılığına buraxmasın. Birinci baxışında kişi qadını yaxşı görə bilməsə, təkrar baxmağına icazə verilir.

Sual: Nişan bizdə kəbinin kəsilməsi ilə baş tutur ki, bu da şəriətə görə evlilik, el adətinə görə isə nişan sayılır. Elə isə, evdən çıxdıqda icazə almağın vacibliyi kimi evlilik hökmləri mənə şamil olur, yoxsa ki, yox? Eləcə də, cinsi yaxınlıq etmək istədiyində el adətini üstün tutaraq etiraz etməmə icazə verilir, yoxsa ki, bu, el adətinin üstün tutulmadığı vacib olan bir haldır?

Cavab: Əgər kəbin kəsilmişsə, sən onun həyat yoldaşısan. Lakin cinsi yaxınlığa və bu kimi şeylərə şərait yaratmaq sənə vacib deyildir. Kəbin oxunarkən bütün bunların, eləcə də, ərin iznini almadan evdən çıxmaq azadlığının zəfafdan sonra baş verəcəyinə dair əsaslı şərt kəsilmişdirsə, — bu şərtin mənşəyi zahiri tanışlıq olmuş olsa belə — hökm eyni olacaqdır.

Sual: Nişanlamaq məqsədilə kişinin naməhrəm qadına baxmasının — bu halda ki, o, məhrəminin iştirakı ilə hicabsız halda onunla birlikdə oturur — hökmü nədir? Belə ki, əgər xoşuna gəlməsə, nişanlamayacaqdır.

Cavab: Bir qadınla ailə qurmaq istəyən şəxs onun üzünə, boğazına, əllərinə, biləklərinə, baldırlarına və bu kimi zinətlərinə baxa bilər. Bunda onun izni və razılığının olması şərt deyildir. Bəli, şərtdir ki: kişi qadına baxdığında şəhvət hissinin özündən asılı olmayaraq oyanacağını bilərsə, bu məqsəd ilə ona baxmasın; baxış səbəbindən harama düşəcəyindən qorxan biri olmasın.

Habelə, qadının iddədə olması və onun kişinin öz həyat yoldaşının bacısı olması kimi evlilik üçün maneələrin olmaması da şərtdir. Eləcə də, onun kişinin bundan öncə də elçiliyinə gəldiyi qadın olmaması şərtdir. Belə olduqda kişi onun seçimini qəbul edəcəkdir. Kişinin yalnız o qadın ilə ailə qurmaq niyyəti olduğu bu halda vacib ehtiyat odur ki, mütləq evlilik məqsədilə seçim etməyi konkretləşdirərək hamının razılığına buraxmasın. Birinci baxışında kişi qadını yaxşı görə bilməsə, təkrar baxmağına icazə verilir.

Sual: Evlilik üçün kişi və qadına görə baxışın (nişanlıya baxışın) şəri həddi hansı çərçivədədir?

Cavab: Kişinin evlənmək istədiyi qadına baxmasına icazə verilir. O, ləzzət almaq məqsədinin və eləcə də, harama düşmək qorxusunun olmaması şərtilə qadının üzünə, saçına, boğazına, biləklərinə və baldırlarına baxa bilər. Bir şərt də ondan ibarətdir ki, həmin qadın kişinin evlənmək ehtimalı ilə bundan öncə baxdığı biri olmasın. Vacib ehtiyat budur ki, kişi bir qrup qadın içərisindən xoşuna gələcək birini axtarmadan, məhz öncə baxdığı ilə ailə qursun.

Sual: Evlilik üçün kişi və qadına görə baxışın (nişanlıya baxışın) şəri həddi hansı çərçivədədir?

Cavab: Qadına gəldikdə, o, ləzzət hissi olmadan kişinin örtülməsi gərəkmədiyi kimi bilinən üzvlərinə baxa bilər. Kişiyə gəlincə isə, ona üz, saç, boğaz, əllər və baldırlara baxmasına icazə verilir. Lakin bir şərt ilə ki, ləzzət almasın, o qadını seçmə ehtimalı olsun və onunla ailə qurmasına bir maneə olmasın. Vacib ehtiyat, seçimi uzatmamaqdır.

Sual: Talağ iddəsinin bitməsinə bir müddət qalan bir qadın var. Mən ona iddəsi bitdikdən sonra elçiliyini edəcəyimi bidirmək istəyirəm ki, razı olub-olmayacağını iddəsinin bitməsini gözləyib bundan sonra cavabını öyrənməkdən öncə bilim. Belə ki, gözləmək istəmirəm. Bu mövzuda onun rəyini öyrənmək üçün sual verə bilərəmmi?

Cavab: “Minhacüs-salihin”də (3-cü cild, məsələ 199) keçən aşağıdakı mətnə diqqət yetirməyinizi xahiş edirik:

Məsələ 199: Əri olan və eləcə də, “rici” iddədə olan qadınla evlənmək təklifini — yəni, (ərindən boşanacağı təqdirdə) onunla ailə qurmaq istəyini — nə aşkar şəkildə nə də ki, işarə ilə bildirmək olar. Lazım ehtiyata əsasən bu, mütləq şəkildə olmaz.  Çünki bu təklifin həmin qadının öz ərinə itaətsizlik göstərməsinə səbəb olmasında bir zəmanət yoxdur. Amma “bain” iddədə olan — istər vəfat iddəsi, istərsə də qeyrisi olsun — və iddədə olması xaric, şəriətə görə onunla ailə qurmaqda heç bir maneə olmayan qadına gəldikdə, ona həyaya zidd ədəbsiz sözlər işlətmədən evlənməyə dair işarə etmək olar. Üstəlik onun keçmiş həyat yoldaşının vasitəsi olmadan bunu ona aşkar şəkildə bildirmək tamamilə mümkündür.