Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, hicri təqvimlə Azərbaycan və Rusiya arasında 1 gün fərq var. Məsələn, Rusiyada hicri ayın 2-sidirsə, Azərbaycanda 3-üdür.

Namazın hökmləri

Sual: Namazın hökmləri hansılardır?

Cavab: Namaz İslam dinin, üzərində qurulduğu sütunlardan biridir. Allah təala buyurub: “Şübhəsiz namaz möminlərə həmişə vacib olan bir qərardır”. (Nisa surəsi, ayə 103 ). Həzrət Məhəmməd (s) peyğəmbərdən nəql olunan hədisdə belə buyurulur: “Hər bir şeyin üzü vardır. Dininizin üzü namazdır”. Digər hədisdə o Həzrətin (s) belə buyurduğu nəql olunur: “Namaza laqeyid münasibət bəsləyən şəxs mənim şəfaətimə nail olmaz”. Ən əsas namazlar gündəlik vacib namazlarıdr. Gündəlik vacib namazlar 5 namazdan ibarətdir:

1. Sübh namazı (2 rükət).

2. Zöhr namazı (4 rükət).

3. Əsr namazı (4 rükət).

4. Məğrib namazı (3 rükət).

5. İşa namazı (4 rükət).

Dörd rükətli namazlar müəyyən şərtlərə əsasən səfərdə və qorxulu məqamlarda iki rükət olaraq qısa qılınır.

Sual: Psixoloji xəstəlikdən əziyyət çəkən xəstə bir insan müalicə üçün bəzi psixotrop dərmanlar qəbul edir. Qəbul etdiyi dərmanlar uzun yuxuya, süstlük və keylik yaranmasına səbəb olduğu üçün bəzi namazları qıla bilimir. Bunun günahı varmı? Həmin namazların qəzasının hökmü nədir?

Cavab: Əgər namazına laqeyid münasibət bəsləmirsə heç bir günahı yoxdur. Əlbəttə, süstlük və keylik namazı tərk etmək üçün üzr sayılmır. Hər bir halda, bu səbəblərə görə qılmadığı namazların qəzasını qılmaq ona vacibdir.

Sual: Namazın hökmləri hansılardır?

Cavab: Namaz dinin sütunudur. İslam dini namaz üzərində qurulmuşdur. O, dinin ən əhmiyyətli ibadətlərindəndir. Əgər namaz qəbul olarsa, digər ibadətlər və əməllər də qəbul olunar.  Hədisdə qeyd olunduğu kimi insan gündə 5 dəfə bir çayda yuyunarsaə, bədənindəki çirklər təmizlənər, eləcə də gün ərzində qılınan 5 namaz insanı günahlardan pak edər. Namazı vaxtın əvvəlində qılmaq daha üstündür. Bu əməl Allah-təalanın razılığını qazanmağa səbəb olar. Hədisdə həzrət Məhəmməd (s) peyğəmbərin belə buyurduğu nəql olunur: “Kim namaza əhəmiyyət verməsə və ona laqeyid münasibət basləsə o, axirət əzabına layiqdir”. Həmçinin insan gərək sidiyini həbs edərək namaz qılmaq, namaz əsnasında yuxarı baxmaq kimi namazın savabını azaldan halları tərk etsin. Eyni zamanda insan namazda ağ libas geyinmək, ətirlənmək, misvakdan istifadə etmək və namaza başlamadan əvvəl saçlarını daramaq kimi namazın savabını artıran əməllər yerinə yetirməlidir.

Həmçinin namazda qəlb hüzur halında olmalıdır. Hədisdə buyurulduğu kimi, insanın namazdan əldə etdiyi yalnız qəlbi ilə qıldığı hissəsidir. İnsan namaz əsnasında zikrlər, dualar və namazın sözlərindən başqa heç nə düşünməməlidir. Hər bir insan namazın əzəmətini və əhəmiyyətini dərk etmək üçün kimin qarşısında dayanıb, kimə xitab etdiyini bilməlidir!