Nisyə alış-verişin hökmü

Sual: Bir şəxsə nağd qiymətə bir dinara satdığım malı, həmin şəxsə eyni malı hissə-hissə ödədiyi üçün iki dinara satmışam. Bu alış-veriş sələm sayılırmı?

Cavab: Xeyir, sələm sayılmır.

Sual: Mən yerli bankların biri ilə iş görürəm. Belə ki, mən bankdan müəyyən məbləğdə dollar götürürəm və bank onu mənə 160 min və yaxud daha çox İraq dinarına satır. Mən həmin məbləği İraq pulu ilə hissə-hissə ödəməliyəm, bu icazəlidirmi?

Cavab: Əgər ödəniş vaxtı müəyyənləşibsə, qeyd olunan alış-veriş düzgündür və heç bir maneəsi yoxdur. Allah müvəffəq edəndir!