Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, hicri təqvimlə Azərbaycan və Rusiya arasında 1 gün fərq var. Məsələn, Rusiyada hicri ayın 2-sidirsə, Azərbaycanda 3-üdür.

Nemətə ehtiram etmək

Sual: Bəzən qabları yuyarkən çirkli su məcralarına düyü dənələri tökülür, bu icazəlidirmi? Düyü dənələrinin, çox, yaxud az olmasından asılı olmayaraq, su məcralarına tökülməsinin qarşısını almaq vacibdirmi? Qeyd etməliyik ki, bunun qarşısını almaq çətindir.

Cavab: Əgər ondan hətta heyvanı yemləmək üçün istifadə etmək mümkün olsa, miqdarı az olsa belə, icazəli deyil. Əgər çirkli olsa, onu ürfdə Allahın nemətlərinə hörmətsizlik sayılmayacaq şəkildə zibil qutusuna atmaq olar.

Sual: Çörək, düyü və bu kimi yemək qalıqlarını zibil qutusuna atmağın hökmü nədir? Qeyd etməliyik ki, zibil qutusunda qan kimi eyni nəcis və nəcis olmuş paltarlar da var.

Cavab: Əgər ondan hətta heyvanı yemləmək üçün istifadə etmək mümkün olsa, yaxud ürfdə Allahın nemətlərinə hörmətsizlik sayılarsa, icazəli deyil.