Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Namazın qaydasının pozulması

Sual: Namaz əsnasında səhvən lazım olmayan məqamda, məsələn, Fatihə ilə surə arasında “Allahu əkbər” deməyin hökmü nədir?

Cavab: Heç bir maneəsi yoxdur.

Sual: Camaat namazında pişnamazın birinci və ikinci rükətdə Fatihə və surəni camaatın əvəzindən oxuduğu kimi, üçüncü və dördüncü rükətlərdə də camaatın əvəzindən oxuduğunu gümən edərək “təsbihatul-ərbəəni” oxumayan şəxsin hökmü nədir?

Cavab: Əgər qüsurlu cahil olarsa, ona heç bir şey vacib deyil. Əgər qüsursuz cahildirsə, namazı yenidən qılmalı, vaxt çıxdığı təqdirdə isə qəzasını yerinə yetirməlidir.

Sual: Namazın birinci və ya ikinci təşəhhüdünü hökmü bilmədiyi üçün yerinə yetirməyən şəxs təşəhhüdsüz qıldığı namazları yenidən qılmalıdırmı?

Cavab: Əgər qüsurlu cahildirsə, məsələn, bilgisinə etibar etdiyi şəxsdən öyrənərsə və sonra səhv olduğu məlum olarsa, ona heç nə vacib deyil. Amma qüsurlu cahil olarsa, namazıarını yenidən qılması vacibdir.

Sual: Qüsurlu cahil olduğu üçün hökmü bilməməzlik üzündən namazınını həmişə bir səcdəsini yerinə yetirməyən şəxsin namazının hökmü nədir? Həmçinin, əgər fərz etsək ki, qüsurlu cahil olduğu üçün namazdan sonra yerinə yetirmədiyi səcdənin qəzasını etmirsə, hökmü nədir?  Eyni zamanda hər iki halda qüsurlu cahil olarsa, hökm necədir?

Cavab: Əgər qüsurlu cahildirsə, namazı düzgündür. Amma qüsursuz cahil olarsa, namazı yenidən qılmalıdır. Birinci halda səcdənin qəzasını yerinə yetirməyin vacib olmasının dəlili yoxdur. Çünki bu, səcdəni unudan şəxsə məxsusdur. Baxmayaraq ki, səcdənin qəzasını yerinə yetirməsi ehtiyata əsasəndir. Namazla səcdənin qəzası arasında namazı batil edəcək hər hansı bir əməlin yerinə yetirilməsinin zahirə əsasən heç bir maneəsi yoxdur.

Sual: Elə bir qayda varmı ki, namazın rükn olmayan vaciblərinə xələl gətirildikdə həmin qaydanı tətbiq etməklə namazın düzgün və ya batil olmasına hökm verilsin?

Cavab: Namazın şərtlərinə və rükn olmayan əməllərinə unutmaq, qüsurlu cahillik kimi üzürlü səbəblərə görə xələl gətirmək namazı batil etməz. Amma başqa halda, məsələn qüsurlu cahillik kimi hallarda namazı batil edər. Bəli, namazın ixfat (səssiz) və ya cəhrlə (səsli) qılınmasına, hətta qüsurlu cahillik üzündən xələl gətirilərsə, namazın düzgünlüyünə heç bir xələl gəlməz.

Sual: Təkbirətul-ehramdan sonra niyyəti tələffüz edən, məsələn, təkbirətul-ehramdan sonra “sübh namazı qılıram qürbətən iləllah” deyib sonra Fatihə surəsini oxumağa başlayan şəxsin hökmü nədir? Əgər bunu bilməməzlik üzündən edərsə namazı yenidən qlıması və ya qəzasını yerinə yetirməsi vacibdirmi?

Cavab: Əgər qüsursuz cahil olarsa, namazı yenidən qılmalı və ya qəzasını yerinə yetirməlidir. Amma qüsurlu cahil olarsa, namazı düzgündür və daha doğru rəyə əsasən, səhv səcdəsi lazım deyil.

Sual: Əgər səcdə edərkən səhv olaraq səcdənin vacib zikrinin yerinə başqa zikr desəm və yenidən səcdə edərək vacib zikri desəm bu, namazı batil edəcək səcdə artıqlığı hesab olunurmu?

Cavab: Əgər səcdənin artqılığı qüsurlu cahillik üzündən olmasa, vacib ehtiyata əsasən, namaz yenidən qılınmalıdır.

Sual: Bir qadın uzun illər namaz qılarkən təşəhhüdü “Əşhədu əlla ilahə illəllah və əşhədu ənnə Muhəmmədən rəsulullah və Əliyyən vəliyullah” formasında demişdir. Onun qıldığı namazların hökmü nədir?

Cavab: Əgər qüsurlu cahillik üzündən baş veribsə namazlarının qəzası yoxdur. Amma qüsurlu cahillik üzündən baş veribsə, vacib ehtiyata əsasən, həmin namazların qəzasını qılmalıdır.

Sual: Əgər ikinci rükətdə təşəhhədü unudub səcdələrdən sonra üçüncü rükət üçün ayağa qalxsam namazım düzgündürmü? Belə olduqda nə etməliyəm?

Cavab: Əgər rukudan əvvəl xatırlasan, oturub təşəhhüd demək vacibdir. Amma rükudan sonra xatırlasan, namazı tamamlamalı sonra isə səhv səcdəsi yerinə yetirmalisən.

Sual:  Namazın hər hansı bir hissəsinə bilərəkdən xələl gətirmək namazı batil edirmi?

Cavab: Kim namazın əməllərinə və şərtlərinə, hətta qiraət və zikirdə bir hərifə və ya hərəkətə bilərəkdən xələl gətirərsə, namazı batil olar. Həmçinin kim bilərəkdən söz və ya hərəkət olaraq hər hansı bir şey əlavə edərsə, hökm eynidir. Bu hökmdə rükn və ya qeyri-rükn, həmçinin namazın əvvəlində və ya əsnasında bu niyyətdə olması arasında heç bir fərq yoxdur.