Namazın niyyəti

Sual: Bir qadın uzun müddətdir ki, namaz qılır. Lakin namaz qılarkən niyyəti tələffüz etmiş və “təkbirətul-ehramı” (Allahu əkbər) təkrar demişdir. Sonradan səhv etdiyini bilmişdir. Həmin müddət ərzində qıldığı namazların hökmü nədir?

Cavab: “Təkbirətul-ehramı” deyərək namaza başlamadan əvvəl niyyəti tətləffüz etməyin heç bir eybi yoxdur. “Təkbirətul-ehramı” təkrar deməyə gəlincə isə, əgər təkrar olunan say cüt ədəd olarsa, namaz batildir və qəzasını qılmaq vacibdir. Əgər təkrar olunan say tək ədəddirsə, namaz düzgündür. Həmçinin səhv olaraq “təkbirətul-ehram”ın artıq deyilməsi, namazı batil etməz.

Sual: “Təkbirətul-ehram”dan sonra niyyəti tələffüz edən şəxsin hökmü nədir? Məsələn, “təkbir” dedikdən sonra “sübh namazı qılıram qurbətən iləllah” deyə, sonra “Fatihə” və bir surə oxuya?

Cavab: Əgər üzürsüz cahildirsə, (vaxt çıxmadığı halda) namazı yenidən qılmalı yaxud (namazın vaxtı çıxıbsa) qəzasını yerinə yetirməlidir. Əgər üzürlü cahildirsə, namazı düzgündür və ən doğru rəyə əsasən, səhv səcdəsi yerinə yetirməsi vacib deyil.

Sual: Əgər günəşin batmasına məsələn, 7 dəqiqə qalarsa, bir şəxs zöhr və əsr namazlarını qılmyıb, bu vaxtın yalnız əsr namazına yetəcəyini düşünərək əsr namazını qılmışdır. Lakin namazdam sonra zöhr namazı üçün də vaxt qaldığı məlum olarsa, həmin şəxsin şəri vəzifəsi nədir?

Cavab: Zöhr namazını əda niyyəti ilə qılmalıdır. Zöhrdən sonra əsr namazını yenidən qılmaq vacib deyil.

Sual: Şam namazını qılmaq istədiyim halda zöhr namazını niyyət etdim və dərhal səhv etdiyimi başa düşüb şam namazını niyyət etdim. Mənim bu əməlimdə bir problem varmı?

Cavab: Əgər namaza şam namazını qılmaq məqsədi ilə başlamışdınızsa, heç bir maneəsi yoxdur.

Sual: Mükəlləf şəxs vacib olmayan bir namaza başladıqda namaz əsnasında vacib namazın daxil olduğunu bilib niyyətini vacib namaza dəyişməsi icazəlidirmi? Yoxsa namazı yenidən qılmalıdır?

Cavab: Müstəhəb namazdan vacib namaza niyyət dəyişmək icazəli deyil.

Sual: Namaz əsnasında qəlbin hüzuru nə deməkdir?

Cavab: Namazın qəbul olunmasında əsas, namaz qılan şəxsin qəlbi ilə Allah-təalaya yönəlməsi və zehninin dünya işləri ilə məşğul olmamasıdır.

Sual: Günəş doğmadan bir az əvvəl bir şəxs sübh namazını qılmaq istəyir, lakin namazın qəzaya getməsini və ya əda olmasını bilmədiyi üçün namazın niyyətini necə etməlidir?

Cavab: Qəza və ya əda niyyəti etmədən həmişə “qurbət” qəsdi etməsi yetərlidir. Qeyd etdiyimiz kimi niyyəti tələffüz etmək vacib deyil.

Sual: Namaza başlamadan əvvəl niyyətdə şəkk etsəm, şəkkə etina etmədən təkbir deyib namazı qılmağım vacibdirmi?

Cavab: Təkbir de, namazı qıl və qeyd olunan şəkkə etina etmə.

Sual: Camaat namazında imam camaatın arxasında dayanıb camaat namazı qılan şəxs öz fərdi namazını niyyət etməlidir?

Cavab: İqtida etməyi (camaat namazında imam camaata qoşulmağı) məqsədində tutması vacibdir.

Sual: Bəzi fəhlələr (bədən və ya libasları) murdar olduğu üçün iş yerlərində namaz qılmayaraq işdən qayıtdıqda qılırlar. Lakin bu zaman günəşin dairəsi itmiş olur. Bu halda necə niyyət etməlidirlər?

Cavab: Qəza və ya əda niyyəti olmadan öhdədə olan niyyətlə namaz qılmalıdırlar. Lakin bilməlidirlər ki, qeyd etdikləri hal namazı qüruba qədər gecikdirməyə səbəb deyil. Hər hansı halda olmasına baxmayaraq imkan daxilində,  hətta pak edilməsi mümkün olmadıqda bədən və ya libas murdar olsa belə, namazı qürubdan əvvəl qılmalıdırlar.

Sual: Zöhr namazı qılarkən niyyətim əvvəlcədən zöhr namazı qılmaq idi. Namaz əsnasında niyyətimi zöhr namazının nafiləsinə dəyişə bilərəmmi?

Cavab: Xeyir.

Sual: Namaz əsnasında niyyət barəsində şəkk etməyin hökmü nədir?

Cavab: Əgər niyyət etdiyini bilib onun müəyyən hissələrində şəkk edərsə, namazını davam etdirməlidir. Məsələn, ruku halında sübh namazının niyyətində şəkk edən şəxs rukunu sübh namazının rukusu məqsədi ilə yerinə yetirdiyini bilərsə namazı düzgündür. Amma ümumiyyətlə, niyyətini bilməyən şəxsin namazını yenidən qılması vacibdir.

Sual: Namazda vacib və ya müstəhəb niyyəti etmək vacibdirmi?

Cavab: Xeyir.