Namazın vacib əməlləri
Sual: Namazın əməlləri hansılardı?
Cavab: Namazda on bir əməl vacibdir; niyyət, təkbirətul-ehram, qiyam, qiraət, zikr, ruku, səcdələr, təşəhhüd, salam, tərtib və muvalat. Namazın rüknları – yəni, bilərək və səhv olaraq azaldıb artırdıqda namazı batil edən əməllər – beş əməldir: niyyət, təkbirətul-ehram, qiyam, ruku və səcdələr.
Digər əməllər isə rükn olmayan vacib əməllərdir. Onları səhv olaraq azaltdıqda namaz batil olmaz. Səhv olaraq artırıldıqda namazın batil olması məsələsində müfəssəl hökmlər var. Qeyd olunanlar ixtiyari halda qılınan vacib namaza aiddir.