Rəhmli və Mərhəmətli Allahın adı ilə! Sabah 05/06/2019 Moskvada və ətrafında Fitr bayramıdır!

Namazda tərtibə riayət etmək

Sual: Namazın tərtibinə xələl gətirən şəxsin namazı batildirmi?

Cavab: Qəsdən namazın tərtibinə xələl gətirən şəxsin namazı batildir.

Sual: Əgər bir şəxs üsyan üzündən yalnız işa namazını qılırsa, tövbə etdikdən sonra qlmadığı namazların qəzasını qılmalıdırmı?

Cavab: Qəsdən tərtibə əməl etmədiyi üçün qıldığı işa namazları batil hökmündədir.

Sual: Namazlar arasında tərtibə riayət etmək vacibdirmi?

Cavab: İki namaz arasında tərtibə riayət etmək vacibdir. Qəsdən əsr namazını zöhr namazından əvvəl qılmaq icazəli deyil. Lakin unudaraq əsr namazını zöhr namazından əvvəl qılarsa, namazı düzgündür. Əgər namaz sənasında səhv etdiyini xatırlayarsa, niyyətini zöhr namazına dəyişməli və namazı tamamlamalıdır. Əgər namazı (əsr namazını) qıldıqdan sonra səhv etdiyini bələrsə, əsr namazı düzgündür, zöhr namazını qılmalıdır.

Məğrib və işа nаmаzlаrının vахtlаrı iхtiyаri hаldа gеcənin yаrısınаdəкdir (günəş bаtаndаn fəcrə qədər müddətin yаrısınаdəкdir). Zöhr və əsr nаmаzlаrındа dеyildiyi кimi bu vахtın əvvəlindən məğrib nаmаzının qılınmаsınа sərf оlunаn vахt qədər müddət оnun məхsusi vахtıdır. Həmçinin həmin vахtın bitməsinə işа nаmаzının qılınmаsı qədər qаlаn vахt оnun məхsusi vахtıdır. Yаtmаq, unutmаq, hеyz və yа bаşqа səbəbə görə qеyri-iхtiyаri hаldа оlаn şəхsə gəlincə, оnun üçün bu nаmаzlаrın vахtı fəcrə qədərdi. Bu hаldа həmin vахtın sоnunа işа nаmаzının qılınmаsı qədər vахt qаlаrsа bu, оnun məхsusi vахtıdı və оnlаrın аrаsındа tərtib əsasdır. (Yəni məğrib işаdаn əvvəl qılınmаlıqır). Lакin əgər məğrib nаmаzını qılmаdаn öncə unudаrаq işа nаmаzını qılаrsа və nаmаzı qıldıqdаn sоnrа bunu bilərsə, həmin nаmаz düzgündür. Оndаn sоnrа, həttа işа nаmаzının məхsusi vахtındа оlsа bеlə, məğrib nаmаzını qılmаlıdır.

Sual: Namazda tərtib dedikdə, nə nəzərdə tutulur?

Cavab: Namazın əməlləri arasında tərtibə riayət etmək vacibdir. Əgər bir şəxs qəsdən tərtibi pozarsa, sonda olanı əvvəldə yerinə yetirərsə, namazı batildir. Amma səhv olaraq və ya üzürlü təqsirə görə hökmü bilmədən  belə edərsə; əgər sonrakı rükn əməl əvvəlki rükn əməldən öncə yerinə yetirərsə, məsələn, iki səcdəni rükudan əvvəl yerinə yetirərsə, namaz batildir. Ehtiyata əsasən, yenidən təritbi düzəldib namazı davam etdirmək mümkün deyil. Əgər rükn əməli digər vacib əməldən öncə yerinə yetirərsə, məsələn, qiraətdən əvvəl ruku edərsə, tərk etdiyi əməlin məhəlli keçmişdir (namazı düzgündür). Əgər rükn olmayan vacib əməli rükn əməldən öncə yerinə yetirərsə, tərtibin olması üçün səhvini düzəltməlidir. Həmçinin qeyri-rükn əməllər arasında tərtib pozularsa, hökm belədir.   

Sual: Əsr namazını zöhr namazından əvvəl qılmaq olarmaı?

Cavab: İki namaz arasında tərtibə riayət etmək vacibdir. Qəsdən əsr namazını zöhr namazından əvvəl qılmaq icazəli deyil. Lakin unudaraq əsr namazını zöhr namazından əvvəl qılarsa, namazı düzgündür. Əgər namaz əsnasında səhv etdiyini xatırlayarsa, niyyətini zöhr namazına dəyişməli və namazı tamamlamalıdır. Əgər namazı (əsr namazını) qıldıqdan sonra səhv etdiyini bələrsə, əsr namazı düzgündür, zöhr namazını qılmalıdır.