Nisa təvafı
Sual: Nisa təvafını düzgün şəkil yerinə yetirməyən, yaxud unudan şəxs, bir neçə gündən sonra xatırlayarsa, nə etməlidir?
Cavab: Geri qayıdaraq yerinə yetirsə, kifayət edər. Lakin geri dönmək onun üçün çox əziyyət olarsa, naib tuta bilər.
Sual: Başqasının əvəzindən həccə getmək üçün əcir olan şəxs,, Nisa təvafını onun əvəzindən yerinə yetirməsə, hökmü nədir?
Cavab: Nisa təvafını onun əvəzindən yerinə yetirməlidir. Əgər bu təvafı yerinə yetirməsə, əcir olan şəxsə, qadın haram olar.