Nifas
Sual: Nifas nədir?
Cavab: Uşağın ilk qismi ana bətnindən çıxmağa başladığı andan qadının on gün ərzində gördüyü qan, nifas qanıdır. Nifas qanı görən qadına “nəfsa”- deyilir.
Sual: Uşağın neç bir qismi çölə çıxmamışdan əvvəl qadından gələn qan, nifas qanıdırmı?
Cavab: Uşağın heç bir qismi çölə çıxmamışdan əvvəl qadından gələn qan, nifas deyildir.
Sual: Nifas qanının olduğuna xatircəm olmaq üçün uşağın bədəni tamamlanmalıdırmı?
Cavab: Uşağın bədəninin tamamlanması lazım deyildir; əgər qadından laxtalanmış qan və ət parçası formasında xaric olub düşərsə, on gün ərzində gördüyü qan, nifas qanıdır.
Sual: Nifas qanı üçün az müddət nə qədərdir?
Cavab: Nifas qanı üçün ən az müddət, bir an belə gəlməsidir.
Sual: Nifas qanı üçün ən çox müddət nə qədərdir?
Cavab: Nifas qanı üçün ən çox müddət, on gündür.
Sual: On gündən çox gələn qan, nifas sayılarmı?
Cavab: On gündən çox gələn qan, nifas sayılmaz.
Sual: Qadın, bir şeyib düşüb-düşmədiyinə və yaxud düşən şeyin uşaq olub olmadığına şəkk edərsə, vəzifəsi nədir?
Cavab: Bu halda, araşdırma aparmasına ehtiyac yoxdur və gələn qan da şəriət baxımından nifas qanı deyildir.
Sual: Nifas qanı görən qadına hansı əməllər haramdır?
Cavab: Heyz qanı görən qadına haram olan əməllər, nifas qanı görən qadına da haramdır. Məsciddə dayanmaq, Məscidul-Haram və Məscidun-Nəbidən ötüb keçmək, vacib səcdəsi olan ayələri oxumaq, Quran yazısına və Allahın adlarına toxunmaq, vacib ehtiyata əsasən, nəfsa qadına haramdır.
Sual: Nəfsa qadını boşamaq caizdirmi?
Cavab: Nəfsa qadını boşamaq batildir.
Sual: Nəfsa qadınla cinsi əlaqədə olmaq halaldırmı?
Cavab: Nəfsa qadınla cinsi əlaqədə olmaq haramdır.
Sual: Nəfsa qadınla cinsi əlaqədə olmağın kəffarəsi varmı?
Cavab: Kəffarəs yoxdur.
Sual: Adəti-ədədiyyəsi olmayan qadından gələn qan, on gündən çox olmasa, həmin qanın hökmü nədir?
Cavab: Adəti-ədədiyyəsi olmayan qadından gələn qan, on gündən çox olmasa, hamısı nifas qanıdır.