Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, hicri təqvimlə Azərbaycan və Rusiya arasında 1 gün fərq var. Məsələn, Rusiyada hicri ayın 2-sidirsə, Azərbaycanda 3-üdür.

Nəzir

Sual: Nəzir nədir?

Cavab: Nəzir – insanın Allah rizası üçün yaxşı bir işi görməsi və yaxud edilməməsi daha yaxşı olan bir işi, Allah rizası üçün tərk etməyi özünə vacib etməsidir.

Sual: Nəzirdə əqd oxunmalıdırmı?

Cavab: Bəli, nəzirdə əqd oxunmalıdır.

Sual: Nəzirdə əqd ərəb dilində oxunmalıdır?

Cavab: Xeyr, əqdin ərəbcə oxunması vacib deyildir.

Sual: Nəzir əqdini necə oxumalıyıq? Missal olaraq qeyd edə bilərsinizmi?

Cavab: Məsələn, “xəstəm sağalarsa, Allah rizası üçün bir fəqirə on manat verəcyəm.”-deyərsə, nəziri düzgün olar. Əgər “Allah üçün filan işi etməy nəzir etdim.”- deyərsə, vacib ehtiyata əsasən, ona əməl etməlidir.

Sual: İnsan Allahın adını zikr etmədən yalznız “nəzr etdim”- deyərsə, nəziri düzgündürmü?

Cavab: Nəziri düzgün deyildir.

Sual: İnsan nəzir əqdində Allah dostlarından birinin adını qeyd edərsə, nəziri düzgündürmü?

Cavab: Nəziri düzgün deyildir.

Sual: İnsan düzgün nəzir edir, lakin nəzirinə əməl etmirsə, vəzifəsi nədir?

Cavab: Günah etmiş olur, kəffarə də verməlidir.

Sual: Nəzir edən şəxsin həddi-büluğ yaşında olması şərtdirmi?

Cavab: Bəli, nəzir edən həddi-büluğ yaşına çatmış, ağıllı olmalıdır və öz iradəsilə nəzr etməlidir.

Sual: Nəzir etməyə məcbur edilmiş şəxsin nəziri düzgündürmü?

Cavab: Nəziri düzgün deyildir.

Sual: Əsəbləşərək iradəsiz şəkildə nəzir edən şəxsin nəziri düzgündürmü?

Cavab: Düzgün deyildir.

Sual: Səfeh (malını mənasız yerlərə xərcləyən) bir şəxs, yoxsula bir şey verməsini nəzir edərsə, nəzirinə əməl etməlidirmi?

Cavab: Nəziri düzgün deyildir.

Sual: Müflis olmuş şəxs, (şəriət hakimi tərəfindən) istifadə etməsinə qadağan qoyulmuş malından, yoxsula bir miqdar verməsini nəzir edərsə, nəzrinin hökmü nədir?

Cavab: Nəziri düzgün deyildir.

Sual: Ərindən icazə almadan, qadının öz malından nəzir etməsinin hökmü nədir?

Cavab: Mübahisəlidir. Bu məsələdə ehtiyat etməlidir.

Sual: Qadının həcc, zəkat, sədəqə, ata-anaya və yaxınlarına ehsan etməsi üçün, ərindən icazə almalıdırmı?

Cavab: Ərinin icazəsinə ehtiyac yoxdur.

Sual: Qadın ərinin icazəsilə nəzir edərsə, sonradan əri onun nəzirini poza bilərmi?

Cavab: Poza və nəzirinin yerinə yetirməsinə mane ola bilməz.

Sual: Övladın nəzir etməsində atanın icazəsi şərtdirmi?

Cavab: Şərt deyil.

Sual: Ata və yaxud ana, şəfqət üzündən ovladlarını etdikləri nəzirdən çəkindirsələr və onlara itaət etməmək incimələrinə səbəb olarsa, nəzirin hökmü nədir?

Cavab: Nəzir batil olur.

Sual: İnsan edə bilməyəcəyi işi nəzir edə bilərmi?

Cavab: İnsan edə biləcəyi işi nəzir etməlidir. Məsələn, piyada Kərbəlaya gedə bilməyəcəyi halda, ora piyada getməyi nəzr edərsə, nəziri düzgün deyildir.

Sual: İnsan nəzir etdiyi zaman, nəzrini yerini yetirmək gücündə olub, sonradan onu yerinə yetirmək imkanında olmasa, nə etməlidir?

Cavab: Nəziri batil olar və ona bir şey vacib olmaz.