Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Namaz

Sual: Əhli-Beyt(ə) dostlarının, namazları üç vaxtda qılmalarının maneəsi varmı?

Cavab: Əhli-Beyt(ə) məzhəbində namazlar üç vaxtda qılına bilər. Belə ki, sübh namazı doğrucul fəcrdən sonra gün çıxana qədər olan vaxt daxilində, zöhr və əsr namazları Günəşin zavalından gün batanadək, şam və xiftən namazları isə gün batandan gecə yarısınadək qılınmalıdır. Zöhr namazı, əsr namazından və şam namazı isə xiftən namazından əvvəl qılınmalıdır.

Quran-kərimdə deyilir: “Namazı günəşin (hər bir kəsin öz məntəqəsinə uyğun olaraq günortanın tam yarısından) batmağa doğru meyl etməsinin əvvəlindən gecənin tam qaranlığına (gecə yarısına) qədər qıl və həmçinin sübh namazını (da qıl). Həqiqətən sübh namazı (gecə və gündüz mələkləri tərəfindən yazılmaq üçün) müşahidə olunur.” (İsra-78)

Məhz buna görə də, namazları üç vaxtda qılmağın maneəsi yoxdur. Lakin hər namazı öz fəzilət vaxtında, yəni, beş vaxtda qılmaq müstəhəbdir. Əgər bu müstəhəb əmələ riayət etmək istəsək – ki, vacib deyidir – namazları, beş vaxtda qılmalıyıq.