Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, hicri təqvimlə Azərbaycan və Rusiya arasında 1 gün fərq var. Məsələn, Rusiyada hicri ayın 2-sidirsə, Azərbaycanda 3-üdür.

Namazda təkfir (qolları bağlamaq)

Sual: Namazda mütilik və ədəb baxımında əlləri bir-birinin üzərinə qoymaq namazı batil edirmi?

Cavab: Bəzi İslam məzhəblərində olduğu kimi mütilik və ədəb baxımında əlləri bir-birinin üzərinə qoymaq təkfir adlanır. Vacib ehtiyata əsasən, bu əməl – istər namazın bir hissəsi məqsədi ilə yerinə yetirilsin, istərsə də belə bir məqsədlə olmasın – namazı batil edir. Bəli, bu əməl şəriət baxımından mütləq surətdə haramdır. Əgər təkfir (əlləri bir-birinin üzərinə qoymaq) qəsdən və zərurət olmadan baş verərsə, onun hökmü qeyd olunduğu kimidir. Amma (namaz qılarkən) səhv və təqiyyə üzündən və ya mütilik və ədəb məqsədi daşımadan bədəni qaşımaq kimi səbəblərə görə əlləri bir-birinin üzərinə qoymağa gəlincə, bunu heç bir maneəsi yoxdur.

Sual: Namazı batil edən əməllərdən hesab olunan təkfir nə deməkdir?

Cavab: Təkfir - bəzi İslam məzhəblərində olduğu kimi  mütilik və ədəb baxımından əlləri bir-birinin üzərinə qoymaqdır. Vacib ehtiyata əsasən, bu əməl namazı batil edir.