Rəhmli və Mərhəmətli Allahın adı ilə! Sabah 05/06/2019 Moskvada və ətrafında Fitr bayramıdır!

Namazın təqibatı

Sual: Namazdan sonra təqibat oxumaq, yoxsa Quran tilavət etmək daha yaxşıdır?

Cavab: Hədislərdə namazdan sonra təqibat oxumaq qeyd olunub. Amma Quran tilavət etmək də yaxşıdır.

Sual: Namazdan sonra oxunan ən yaxşı təqibat hansıdır?

Cavab: Xanım Zəhranın (ə) təsbihi.

Sual: Təqibatın ərəb dilində oxunması, şərtdirmi?

Cavab: Təqibatın ərəb dilində oxunması, şərt deyil. Amma daha yaxşı olar ki, təqibat dua kitablarında rəvayət olunmuş dualardan olsun.

Sual: Namazın sonunda imamların (ə) adlarını zikr etmək vacibdirmi?

Cavab: Xeyr, vacib deyil. Amma namazdan sonra təqibatda iki şəhadəti demək və imamları (s) təsdiq etmək, müstəhəbdir.

Sual: Namazın təqibatının xüsusi zikri varmı?

Cavab: Namazı bitirdikdən sonra zikr və dua ilə məşğul olmaq onun təqibatındandır. Namazın salamından sonra əlləri qaldırmaqla təkbir (Allahu əkbər)- demək və xanım Zəhranın (ə) təsbihini zikr etmək, - bu təqibatın ən yaxşısıdır və o, 34 dəfə “Allahu əkbər”, 33 dəfə “Əlhəmdulillah” və 33 dəfə “Subhanəllah” - “Fatihə” surəsini, “Ayətəl-kürsi”-ni, “Şəhidəllah”“Mülk” ayələrini oxumaq, həmçinin dua kitablarında qeyd olunan duaları oxumaq, namazın təqibatındandır.