Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Oturan halda qılınan namaz

Sual: Hökmü namazı oturan halda qılmaq olan kəs üçüncü və dördüncü rəkətlər arasında şəkk edərsə və şəkki sabit olarsa, sonra da dördüncü rəkətdə olduğunu əsas götürərək namazını bitirərsə, (şəkk rəkətini) oturan halda bir rəkət qılmalıdır, yoxsa ki, oturan halda iki rəkət?

Cavab: Oturan halda bir rəkət qılacaqdır.

Sual: Gündəlik müstəhəbb namazlara və gündəlik müstəhəbb namazlardan qeyri namazlara gəldikdə, bunları oturan halda qılmaq olarmı?

Cavab: Vacib olmayan bütün namazları könüllü olaraq oturan halda, eləcə də,  yürüyərək, minikdə, nəqliyyat vasitəsində və gəmidə qılmaq olar.

Sual: Bir qadın oynaq ağrısından əziyyət çəkdiyi üçün namazı oturaraq qılır. Təkbiri oturaraq deyə bilərmi?

Cavab: İmkan daxilində təkbiri ayaq üstə deməlidir və üstəlik bacardığı qədər ayaq üstə durmalıdır.

Sual: Bir qadın hamiləliyin ikinci ayındadır. Qanaxması baş verir və qanaxmanın üçüncü günü uşağı düşür. Qanaxma on gündən artıq davam edir. Həkim qadının düçar olduğu bu halın heyz və ya nifas deyil, xəstəlik ilə bağlı hal olduğunu düşündüyünü söyləyir. Bu qadın — namazı bəzən qılmağına icazə verilsə də, böyük qan laxtaları ilə müşaiyət olunan qanın axmasından qorxduğu üçün ayaq üstə dura bilmədiyi ehtimalı ilə — dini vacibatını necə yerinə yetirməlidir?

Cavab: Uşağın düşməsi ilə və düşməsindən sonra qadınlıqdan axan qan — uşağın düşməsindəki doğuş həqiqətinə əsasən — nifas qanı hökmündədir. Əgər axan qan heyz, irin və yara qanı deyilsə, istihazə hökmündə olacaqdır. Heyzli və nifaslı olmayana da namaz vacibdir. Sualın gərəkdirdiyinə gəlincə isə qadın, yalnız oturaraq namaz qıla bilirsə, beləcə də namazını qılacaqdır. Əgər oturmaq ona ziyan verərsə, namazını — əməli şəriət kitabında qeyd olunduğu üzrə — arxası üstə, yaxud da yanı üstə uzanaraq qılacaqdır.

Sual: Yerdən hündqür bir masada oturaraq namaz qılan bir şəxs namazı minik heyvanı üzərində olanın hökmü ilə qılmalıdır, yoxsa ki, oturanın hökmü ilə?

Cavab: Əgər o, rükünü yerinə yetirmək üçün ayaq üstə durmaq iqtiraında deyilsə, rükü üçün masada oturduğu halda — oturan insan haqqında rüku sözünün şamil olunacağı miqdarda — əyiləcəkdir. Əgər bunun da iqtidarında deyilsə, əvəzində işarə edəcəkdir. Səcdəyə gəldikdə isə, qarşısına — haqqında səcdənin şamil olunacı miqdarda — əyilməklə alnını qoyması üçün hündür bir şey qoysun və səcdə etsin, habelə, əllərini də (ovuclarının içini də) səcdə olunacaq yerə qoysun. Əgər qeyd olunanın iqtidarında deyilsə, səcdənin əvəzinə işarə edəcəkdir. Ehtiyatın ən üstünü budur ki, alnını qoyması üçün üzərinə səcdənin düzgün olduğu şeylər götürsün.

Sual: Əlil bir insan evdə namazı oturan halda qılır. Onun məsciddə, yaxud ziyarətgahda, yaxud camaat halında, yaxud cümədə, yaxud da hüseyniyyədə və ya toyda vacib və müstəhəbb namazı əlil arabasında qılmasına icazə varmı?

Cavab: Əgər ayaq üztə duraraq namazı qıla bilmirsə, arabada namaz qılmasına icazə verilir. Lakin təşəhhüd üçün imkan daxilində yerdə oturması gərəkir.

Sual: Oturan halda namaz qılan şəxsin namaz əsnasında yenidən ayağa durmaq qabiliyyəti bərpa olarsa, hökmü necə olacaqdır?

Cavab: Oturan halda namaz qılan şəxsin namaz əsnasında yenidən ayağa durmaq qabiliyyəti bərpa olarsa, o, oturaq haldan ayağa duracağı vaxt ərzində qiraət və zikri saxlayaraq ayağa duracaqdır. Ona oturan halda etdiklərini (qiraəti, rükunu və səcdəni) də yeniləməsi vacib deyildir. Əgər o, (həmd-surəni) oturan halda oxumuşsa və sonra da — qiraətdən (surələri oxuduqda) sonra və rükudan əvvəl — ayağa durmaq qabiliyyəti yenidən bərpa olmuşsa, rüku üçün ayağa qalxacaq və qiraəti yeniləmədən rükuya gedəcəkdir. Bunda vaxtın çox və dar olmasının fərqi yoxdur. Bu hal arxası üstə uzanaraq namaz qılan üçün oturmaq qabiliyyəti yenidən bərpa olduqda da, yanı üstə uzanaraq namaz qılan üçün arxası üstə uzanmaq qabiliyyəti yenidən bərpa olduqda da eynidir.

Sual: Əlil bir insan evdə namazı oturan halda qılır. Onun məsciddə, yaxud ziyarətgahda, yaxud camaat halında, yaxud cümədə, yaxud da hüseyniyyədə və ya toyda vacib və müstəhəbb namazı əlil arabasında qılmasına icazə varmı?

Cavab: Əgər ayaq üztə duraraq namazı qıla bilmirsə, arabada namaz qılmasına icazə verilir. Lakin təşəhhüd üçün imkan daxilində yerdə oturması gərəkir.