Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Orucun kəffarəsi

Sual: Ramazan ayında pozduğum üç gün orucun qəza və kəffarəsini necə yerinə yetirim? Beləki mənim iki ay ardıcıl oruc tutmağa fiziki gücüm çatmır?

Cavab: Əgər orucun pozulması oruc tutmağın sənə vacib olmasını və yerinə yetirdiyin əməlin orucu pozan əməllərdən olduğunu bildiyin və məqsədli surətdə orucu pozduğun halda orucun qəzası, həmçinin kəffarə sənə vacibdir. Həmçinin vacib ehtiyata əsasən, bilmədən (cəhalət üzündən) iftar baş verərsə hökm belədir. Lakin üzürlü səbəbə görə hökmü biliməmisənsə, hökmdə tərəddüd etmirdinsə, əksinə həmin əməlin yerinə yetirilməsinin icazəli olduğuna əmin idinsə və yaxud hökmdən xəbərsiz idinsə, bu halda kəffarə vacib deyil. Qəsdən orucu pozduqda, hətta haram bir şeylə orucu pozduqda bir günün kəffarəsi üçün 60 fəqiri doyurmaq – hər birinə 750 qram buğda, çörək və ya başqa qida məsulu vermək yetərlidir. Əgər keçən ilin qəza oruclarını növbəti Ramazan ayına kimi yerinə yetirməsən, qəzanı gecikdirdiyin üçün əlavə kəffarə vacib olar. Bu kəffarənin yerinə yetirilməsi üçün qəzasını gecikdirdiyin hər günün əvəzindən 750 qram buğda, çörək və ya digər qida məhsullarından fəqirə verməlisən. Oruc tutmadığın günlərinin sayında tərəddüd edildikdə əminlik olan sayla, yəni az olan tərəflə kifayətlənmək yetərlidir.

Sual:  Şam azanına iki saat qalmış qəsdən qəza orucunu pozduqda kəffarə vacib olurmu?

Cavab: Bəli kəffarə vacibdir. Qəzanın kəffarəsi on fəqirəin hər birinə 750 qram un, düyü, xurma və ya bu kimi qida məhsulu verməkdir. Əgər buna gücün çatmasa, üç gün oruc tutmalısan.

Sual: Ramazan ayının qəza orucunu günortadan sonra pozduqda vacib olan 3 gün kəffarə orucunu ardıcıl tutmaq vacibdirmi?

Cavab: Qəza orucunun kəffarəsi 10 fəqiri doyurmaqdır. Əgər buna gücü yetməsə, üç gün oruc tutmaq vacibdir. (Bu üç gün orucu) ardıcıl tutmaq vacib deyil.

Sual: Ərimin öhdəsində 5 il oruc var. (Bu müddət ərzində) məqsədli surətdə oruc tutmamışdır. İndi o, nə qədər fidyə verməlidir.

Cavab: Qəzasını tutmalı, hər günün əvəzindən hər birinə 750 q un, xurma və bu kimi qida məhsullarından altmış fəqirə verməklə onları doyurmalıdır. Həmşinin vacib ehtiyata əsasən, oruc tuduğu birinci ilədək gecikdirdiyi qəza oruclarının hər gününə görə bir fəqir doyurmalıdır.

Sual: Bir şəxs üzrsüz yerə Ramazan ayının bəzi günlərini oruc tutmayıb. Həmin günlərin əvəzini necə yerinə yetirməlidir?

Cavab: Əgər orucun ona vacib olmasını bilirdisə qəza və kəffarə yerinə yetirməlidir. Həmçinin vacib ehtiyata əsasən, öz təqsiri üzündən hökmü bilmirdisə, lakin hökmdə tərəddü edirdisə,  kəffarə vacibdir.

Sual: Orucun vacib olmasını bildiyi və ya bunu bilmədiyi halda bir neçə il oruc tutmayan şəxsin öhdəsində olan şəri vacib əməl nədir?

Cavab: Əgər tərəddüd etmədən hökmü bilmirdisə, yalnız qəza vacibdir. Lakin orucu pozduğunu bildiyi halda qəsdən yeyib içən şəxsə kəffarə də vacib olar. Həmçinin vacib ehtiyata əsasən, müqəssir cahil olub hökm barədə tərəddüd edərsə, kaffarə də vacibdir.

Sual: Mən gənc insanam. Oruc tutduğum bir ildə haram bir əməl yerinə yetirdim. Lakin buna görə 60 gün ardıcıl oruc tumağın və ya 60 fəqiri doyurmağın vacib olduğunu bilmirdim. Mən etdiyim günaha görə Allaha tövbə etdim. Lakin bilirəm ki, həmin vaxt hökmü bilmirdim. Bu əməlin şəri hökmü nədir?

Cavab: Əgər Ramazan ayında orucu pozamasını bildiyin bir əməli qəsdən yerin yetirmisənsə, hər günün əvəzindən 60 fəqirin hər birinə 750 qram buğda və ya ununu verməyin yetərlidir. Həmçinin öz təqsirin üzündən hökmü bilmədiyin və yerinə yetirdiyin əməlin orucu pozmasında tərəddüd etdiyin halda da hökm eynidir. Kəffarənin vacib olmasını bilməmək onun vacibliyini hökmdən düşürməz. Həmçinin (kəffarədən əlavə) pozduğun orucun qəzasını yerinə yetirmək vacibdir.

Sual: Bir şəxs oruc tutmağa gücünün yetməyəcəyini güman edib oruc tutmamışdır. Bir neçə ildən sonra səy göstərmiş və oruc tutmuşdur. Oruc tutmadığı günlərə görə qəza və kəffarə vacibdir, yoxsa yalnız qəzasını yerinə yetirməlidir?

Cavab: Yalnız qəza vacibdir.

Sual: Ramazan ayında qəsdən orucu pozduğu üçün 60 fəqiri doyurmaqla kəffarə verdikdən sonra həmin günün qəzasını da tutması vacibdirmi?