Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, hicri təqvimlə Azərbaycan və Rusiya arasında 1 gün fərq var. Məsələn, Rusiyada hicri ayın 2-sidirsə, Azərbaycanda 3-üdür.

Orucu batil edən əməllər: imalə etmək və qusmaq

Məsələ 1: Axıcı (maye) vasitə ilə imalə etmək, çarəsizlik üzündən və müalicə üçün olsa da, orucu batil edər.

Məsələ 2: Oruc tutan bilərəkdən qussa, əgər xəstəlik və bu kimi səbəblər vasitəsilə çarəsizlik üzündən olsa da, orucu batildir. Amma ixtiyarsız  və ya səhvən qussa, eybi yoxdur.

Məsələ 3: Əgər gecə bir şey yesə və bu yemək vasitəsilə gündüz ixtiyarsız olaraq qusacağını bilsə, orucu düzgündür.

Məsələ 4: Oruc tutan şəxs bacarırsa, qusmağının qarşısını alsın və əgər onda bu hal yaransa, onun qarşısını alması lazım (vacib) deyildir.

Məsələ 5: Oruc tutan şəxsin boğazına milçək getsə və yemək deyilməyəcək qədər boğazdan aşağı enmişsə, onu çıxarmaq lazım deyil və orucu da düzgündür. Amma əgər bu qədər aşağı getməmişsə, qusmaqla olsa belə, onu çıxarmalıdır. Amma qusmağın ona zərəri, ya artıq məşəqqəti olsa, çıxarması lazım deyil. Bu halda onu qusub çıxarmasa və udsa, orucu batil olar. Əgər onu qusub çıxarsa da, orucu batil olur.  

Məsələ 6: Əgər oruc tutan səhvən bir şeyi udsa və mədəsinə çatmamış oruc olduğunu yadına salsa, aşağıda olduğundan yemək adlanmayacaq qədər onu mədəsinə daxil etsə, onu bayıra çıxarması lazım deyil və orucu da düzgündür.

Məsələ 7: Əgər gəyirməklə bir şeyin boğazından çıxacağına yəqin etsə, bu, qusmaq adlanacaq tərzdədirsə, bilərəkdən gəyirməməlidir, amma yəqin olmasa , eybi yoxdur.

Məsələ 8: Əgər oruc tutan şəxs gəyirdikdə boğazına və ya ağzına bir şey gəlsə, onu çölə tökməlidir. Əgər ixtiyarsız udsa, orucu düzgündür.