Orucu batil edən əməllər: istimna (ononizm)

Məsələ 1: Əgər oruc tutan istimna etsə orucu batil olar.

Məsələ 2: Əgər insandan ixtiyarsız sperma xaric olsa, orucu batil deyildir.   

Məsələ 3: Oruc tutan şəxs gündüz yatacağı təqdirdə,”möhtəlim”-i yuxuda spermanın xaric olacağını bilsə, yatmamaqla əziyyətə düşməsə də, yatması caizdir. Amma yataraq “möhtəlim” olsa, orucu batil olmaz.

Məsələ 4: Əgər oruc tutan sperma xaric olarkən yuxudan ayılsa, onun xaric olmasının qarşısını alması vacib deyildir.

Məsələ 5: Oruc tutub möhtəlim olan şəxs sidiyə çıxmaqla spermanın qalanının kanaldan xaric olacağını bilsə belə, sidiyə çıxa bilər.

Məsələ 6: Möhtəlim olmuş oruc tutan şəxs kanalda sperma qaldığına və qüsldən əvvəl sidiyə çıxmasa, qüsldən sonra ondan sperma xaric olduğunu bilərsə, müstəhəb ehtiyata əsasən, qüsldən əvvəl sidiyə çıxsın.

Məsələ 7: Sperma çıxarmaq məqsədilə zarafat edən və ya özü ilə oynayan şəxsdən sperma gəlməsə, yenidən oruc niyyəti etməsə, orucu batildir. Əgər oruc niyyəti etsə, vacib ehtiyata əsasən, orucunu tamamlayıb, qəzasını da tutmalıdır.

Məsələ 8: Əgər oruc tutan şəxs sperma çıxarmaq məqsədi olmadan, məsələn, öz həyat yoldaşı ilə mazaqlaşsa ya zarafatlaşsa, özündən sperma xaric olmayacağına əmindirsə, təsadüfən ondan sperma xaric olsa belə, orucu düzgündür. Amma spermanın xaric olacağına əmin deyilsə, sperma xaric olacağı təqdirdə, orucu batildir.