Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, hicri təqvimlə Azərbaycan və Rusiya arasında 1 gün fərq var. Məsələn, Rusiyada hicri ayın 2-sidirsə, Azərbaycanda 3-üdür.

Orucu batil edən əməllər: cima (cinsi yaxınlıq)

Məsələ 1: Cinsi yaxınlıq orucu batil edir; hətta yalnız dəllək kəsən qədər daxil olsa və sperma gəlməsə belə!

Məsələ 2: Əgər dəllək kəsən yerdən az miqdar daxil olsa və sperma da gəlməsə, oruc batil olmaz. Amma sünnət yeri olmayan şəxsdə sünnət yerindən az miqdarı daxil olsa belə, orucu batil olur.

Məsələ 3: Əgər bilərəkdən cinsi yaxınlıq etmək istəsə və dəllək kəsən yerə qədər daxil olub-olmadığında şəkk etsə, bunun hökmü "İzahlı şəriət məsələləri" kitabında yer alan 1547-ci məsələyə müraciət etməklə aydın olar. Əgər batil edən bir əməl etməyibsə ona kəffarə vacib deyildir.

Məsələ 4: Əgər insan oruc olduğunu unudub cinsi yaxınlıq etsə, yaxud onu cinsi yaxınlığa məcbur etsələr, belə ki, bu iş onun ixtiyarından kənar olsa, onun orucu batil olmaz. Amma cinsi yaxınlıq zamanı yadına düşsə, yaxud məcburiyyət onun üzərindən götürülsə, dərhal cinsi yaxınlığı tərk etməlidir və əgər tərk etməsə, orucu batildir.