Oruc tutanın, ağız boşluğuna gəlmiş bəlğəm və yaxud burun suyunu udmasının hökmü nədir?
Sual: Oruc tutanın ağız boşluğuna gəlmiş bəlğəmi udması caizdirmi?
Cavab: Oruc tutanın ağız boşluğuna gəlmiş bəlğəmi udması caiz olsa da, udmaması daha yaxşıdır. Həmçinin oruc tutanın ağzına yığışmış ağız suyunu, çox olsa belə, udması caizdir.
Sual: Oruc tutanın sinəsindən və başından gələn qatı mayeni – buna bəlğəm deyilir – ağız boşluğuna gəldiyi təqdirdə udması caizdirmi?
Cavab: Caizdir.
Sual: Ağız suyunu yaxud, bəlğəmi tüpürdüyüm zaman ağzım çoxlu tüpürcək və ya bəlğəm ifraz edir. Onu tüpürdüyüm zaman dilim ağzımdan xaric olur və qeyri-ixtiyari olaraq geri qayıdır. Bu halda, tüpürdükdən sonra ağız suyumu udmağım orucuma xələl gətirirmi?
Cavab: Xələl gətirmir və bəlğəm, yaxud tüpürcəyini xaric etməyin də vacib deyil.
Sual: Oruc tutanın, ağız boşluğuna gəlmiş bəlğəm və yaxud burun suyunu udmasının hökmü nədir?
Cavab: Orucu batil etmir.