Oruc və orta məktəb imtahanları

Sual: Orta məktəblərdə həm dəqiq, həm də humanitar fənlər üzrə bakalavr imtahanlarının vaxtı açıqlandı. İmtahanlar mübarək Ramazan ayına təsadüf edəcək. İsti hava şəraiti və elektrik enerjisinin olmaması ya oruc tutmaqda, ya da imtahanlarda qüsurun yaranması ehtimalını doğurur. Bu hal, bəzi tələbələrin oruclarını qəsdən pozmalarına səbəb olur.

Seyid cəblarının nəzərində, bu hal ilə bağlı şəriətin mövqeyi nədən ibarətdir?

Cavab: Təhsildə davamiyyəti qorumaq, orucu tərk etmək üçün üzr deyildir. Amma əgər o, ya oxumaq, ya da oruc tutmaq qarşısında qalarsa və təhsili tərk etmək də onun üçün dözülməz sıxıntıya səbəb olarsa, bu halda niyyət edib oruc tutmalıdır və gün ərzində yemək-içmək məcburiyyəti ilə üzləşdiyi təqdirdə, yemək-içməkdən doyunca deyil, yalnız ehtiyac duyduğu miqdarda istifadə etməsi caizdir. Lakin sonra həmin günün qəzasını yerinə yetirməsi vacibdir. Mükəlləf şəxs, Allahın müsafir üçün təyin etdiyi (asanlaşdırdığı) hökmü də seçə bilər. Belə ki, o, zöhrdən əvvəl yaşadığı şəhərdən dolayısı ilə 22 km məsafə miqdarında  səfər edib orada orucunu pozduqdan sonra yenidən şəhərinə qayıda bilər, bu halda həmin günün orucu ona vacib olmaz.