Oğlan və qız uşağının həddi-büluğa çatması

Sual: Namaz və oruc qız uşağına neçə yaşında vacibdir?

Cavab: Hicri-qəməri təqviminə əsasən 9 yaş tamam olduqdan sonra.

Sual: İzahlı şəriət kitablarında qeyd olunan “həddi-bluğa çatmış rəşidə qadın” məfhumundan məqsəd nədir?

Cavab: Həddi-buluğ dedikdə; hicri-qəməri təqviminə əsasən 9 yaşın tamam olunması nəzərdə tutlur. “Rəşidə” dedikdə işlərində müstəqli və öz ixtiyarının sahibi olmayan, lakin insanlarla davranışında xeyir və zərərini dərk edən qadın nəzərdə tutulur.

Sual: Oğlan uşağına neçə yaşında namaz vacib olur?

Cavab: Mükəlləfiyyət yaşına çatmış oğlan uşağına namaz vacibdir. Mükəlləfiyyət yaşı spermanın ifraz olunması, üz və qasıqda sıx tüklərin bitməsi və ya hicri-qəməri təqviminə əsasən 15 yaşın tamam olması ilə məlum olur. Bu əlamətlərdən hər hansı biri oğlan uşağında aşkar olarsa, ona namaz qılmaq vacibdir.

Sual: Bir çox qadınlar 12 yaşdan sonra oruc tutrlar. Çünki bu yaşdan əvvəl öz şəri vəzifələrini düzgün anlamırlar və yaxud valideyinləri qız uşağının bu yaşa çatıqdan sonra məkəlləf olduğunu güman edirlər. Öz şəri vəzifəsini başa düşdükdən sonra bu qız uşağının öhdəsində olan vəzifə nədir?

Cavab: Əgər tərəddüd etmədən ona oruc tutmağın vacib olmamasına əmin idisə kəffarə olmadan yalnız, qəzasını yerinə yetirməlidir.

Sual: Müməyyiz uşaqdan məqsəd nədir?

Cavab: Müməyyiz uşaq xeyiri zərərdən və yaxşını pisdən fərqləndirə bilən uşaqdır.

Sual: Ola bilər ki, dərmanlar vasitəsi ilə həddi-buluğ əlamətləri təbii yetkinlikdən gec və ya erkən yaşlarda baş versin. Məsələn, spermanın erkən yaşlarda ifraz olunlası və ya gec formalaşması üçün yaxud da həddi-buluğ yaşından əvvəl və ya sonra heyz olmaq üçün müəyyən dərmanlardan istifadə etmək olar. Bu kimi hallarda həddi-buluğa çatmaq təbii vaxta əsaslanmalıdır, yoxsa bu əlamaətlərin erkən baş verdiyi vaxta?

Cavab: Heyzə gəlincə qız uşağı 9 yaşdan əvvəl həddi-buluğa çatmış hesab olunmur. Bu yaşdan əvvəl gələn hər hansı qan heyz qanı hesab olunmur. Amma oğlan uşağından spermanın xaric olması hər hansı səbəbə görə və ya nə vaxt baş versə, həddi-buluğ əlaməti hesab olunur.

Sual: Qadın neçə yaşına çatdıqda hicaba riayət etməli və digər şəri vəzifələrini yerinə yetirməlidir?

Cavab: Hicri-qəməri təqviminə əsasən 9 yaşı tamam olduqda (artıq yuxarıda qeyd olunanlar ona) vacibdir.

Sual: Oğlan uşağı 9 yaşında çatdıqda tibbi vasitələrlə ondan sperma xaric olması və ya qasığından sıx tüklər bitəməsi mümkün olarsa, həddi-buluğa çatmış hesab olunurmu?

Cavab: Həddi-buluğa çatma vaxtında baş vermədiyi üçün baliğ hesab olunmur.

Sual: Oğlan və qız uşaqlarının həddi-buluğ əlamətləri hansılardı?

Cavab: Qız uşağı hicri-qəməri tarixinə əsasən 9 yaşı tamam olduqda həddi-buluğa çatır.

Oğlan uşağı isə aşağıdakı üç halda həddi-buluğa çatmış hesab olunur: 1) Qasıqda sıx tüklərin bitməsi. 2) Spermanın xaric olması. 3) Hicri-qəməri təqviminə əsasən 15 yaşın tamam olması.  Həmçinin üzdə sıx tüklərin bitməsi və bığların çıxması həddi-buluğ əlaməti hesab olunur. Amma sinədə və qoltuq altında sıx tüklərin bitməsi, səsin dəyişməsi yaxud bu kimi hallar həddi-buluğ əlaməti deyil.