Odunun, meyvə ağacının və onun yarpaqlarının xümsü

Sual: Bir neçə il idi ki, bağda quru odunlarımız var idi. Onlardan bəziləri ağac kötüyü olduğu üçün istifadə etmək mümkün deyildi. Digər odunlardan isə bəzən kabab bişirmək, samovar qalamaq üçün istifadə edirdik. Bu yaxınlarda o odunların hamsını (ağır kötükləri və digərlərini) maşına yığıb ehtiyacı olan iki şəxsə verdik. Sual belədir:

a) Ümumiyyətlə, xüms günü bağda olan odunların da xümsü hesablanmalıdırmı?

b) İllərlə istifadəsiz qalan həmin quru ağac kötüklərinə görə boynumuzda xüms qalıbmı?

c) Xüms günü bağda olan yetişmiş meyvə və tərəvəzin bilirik ki, xümsü verilməlidir. Xüms günü yetişməmiş meyvə ağaclarının özlərini və həmçinin tərəvəzlərin ştillərinin də xümsü hesablanmalıdırmı? Çünki meyvə və tərəvəz yetişməsə də ağac və ştillərinin bazarda dəyəri var.

Zəhmət olmazsa ayrı-ayrılıqda cavab verin ki, ayrı-ayrılıqda vəzifəmizi bilərk.

Cavab:

a) Hesablanmalıdır.

b) Xüms düşür.

c) Əgər şəxsi istifadə üçün olmasa, xüms düşür.

Sual: Bağımızda illər əvvəl üzümlər əkilib. Bu üzümlər satış məqsədilə əkilməyib. Sadəcə meyvəsindən və yarpağından şəxsi istifadə üçün əkilib və istifadə də edilir. Bəzən anam üzüm yarpaqlarından yığır və onların dəyərinin müqabilində dükandan buğda və kəpək alır ki (üzüm yarpağını verib buğda və kəpək alır ki), bağda saxladığımız toyuq, ördək, hinduşkalara onlardan verək. Bu halda həmin üzüm ağacları  sərmayə hökmündə hesab edilərmi, ağacın qiymətinin xümsü hesablanmalıdırmı?

Cavab: Xüms düşmür.