Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, hicri təqvimlə Azərbaycan və Rusiya arasında 1 gün fərq var. Məsələn, Rusiyada hicri ayın 2-sidirsə, Azərbaycanda 3-üdür.

Pivə

Sual: Məlumdur ki, Seyid Sistani cənabları pivənin nəcis olması məsələsində ehtiyat edir. İçərisinə bir qətrə pivə qarışmış sudan, başqa bir su olmadıqda, dəztəmaz almaq istəyən şəxsin vəzifəsi nədir?

Cavab: Bu halda pivənin nəcis olması məsələsində başqa bir fəqihə müraciət etmək lazımdır. Əgər həmin fəqih pivənin pak olmasına fətva verərsə, həmin su ilə dəstəmaz alıb namaz qıla bilər. Əgər o, pivənin nəcis olduğuna fətva verərəsə, təyəmmüm edib namaz qılmalıdır. Əgər vaxt darlığına görə (başqa fəqihə) müraciət etmək mümkün olmasa, iki haldan birinə əsasən, namaz qılmalı sonra isə qəzasını yerinə yetirməli, yaxud da qıldığı namazın yetərli olması hökmü üçün başqasına (digər bir fəqihə) müraciət etməlidir.

Sual: Pivənin – o, arpadan hazırlanan və içərkən adətən sərxoş etməyən, sadəcə ruh yüksəkliyi yaradan içkidir – içilməsi icazəlidirmi?

Cavab: Pivənin – o, arpadan hazırlanan və içərkən adətən sərxoş etməyən, sadəcə ruh yüksəkliyi yaradan içkidir və həkimlərin məsləhət bildikləri arpa suyu  ondan hesab olunmur –  içilməsi şübhəsiz, haramdır. Vacib ehtiyata əsasən, onunla nəcis bir şey kimi davranılmalıdır.

Sual: Pivə nəcisdirmi?

Cavab: Pivə (sərxoşedici) içkilərin növlərindəndir. Adətən, arpadan hazırlanır və məstediciliyi aşkar olunmur. Vacib ehtiyata əsasən, onunla nəcis bir şey kimi davranılmalıdır.

Sual: Sizin nəzərinizdə pivə nəyə deyilir?

Cavab: Arpadan hazırlanan və pivə adlanan içki şübhəsiz haramdır və vacib ehtiyata əsasən, nəcisdir. O, adətən, sərxoş etmir, ruh yüksəkliyinə səbəb olur. Zahirən bu, onun tərkibindəki alkoqolun az miqdarda olması ilə əlaqəlidir. Əgər adı çəkilən içki tamamilə alkoqolsuz hazırlanarsa və ürfdə ona pivə deyilməsə, içilməsinin heç bir maneəsi yoxdur. Əks təqdirdə, haramdır və hazırlandıqdan sonra alkaqoldan xali olmasının heç bir əhəmiyyəti yoxdur.