Paltaryuyan maşın nəcis paltarları pak edirmi?

Sual: Avtomatik paltaryuyan maşınına su (ya su kəmərindən, ya da çəndən) birbaşa olaraq qoşulur. Paltaryuyan maşının qapısı bağlandıqdan sonra içəridəki paltarlar avtomatik olaraq su ilə təchiz olunur.

1. Sidiyə bulaşmış paltar maşının içərisində yuyulduqdan sonra ikinci dəfə avtomatik olaraq yeni su ilə yuyularsa pak olarmı?

2. Maşının içərisindəki su (ğüsalə) pak hökmündədirmi?

3. Maşının içərisində olan su isti olduğu təqdirdə, tavan və divarlara hoparaq yenidən paltarların üzərinə tökülən buxarlanmış suyun hökmü nədir?

Cavab:

1. Su mütləq (saf) olduğu təqdirdə, (sidiyə bulaşmış paltar, hətta ehtiyata əsasən, çox su ilə yuyulsa belə, iki dəfə və sidikdən başqa nəcasətə bulaşmış paltar isə bir dəfə yuyularsa) paklanma gerçəkləşər. Sıxılma prosesində deyil məhz, qurulama halında su kəsilərkən güclü fırlanma vasitəsi ilə (paltarlar yenidən) bulaşmamalıdır.

2. Bəli, təbəiyyət (təsirlənmə, intiqal) vasitəsi ilə pak olur.

3. Sualda qeyd olunan hal, paltarların nəcisə bulaşmasına səbəb olmur.