Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, hicri təqvimlə Azərbaycan və Rusiya arasında 1 gün fərq var. Məsələn, Rusiyada hicri ayın 2-sidirsə, Azərbaycanda 3-üdür.

Proqramların nüsxəsini çıxartmağın hökmləri

Sual: Əgər kassetlərin və kompakt disklərin üzərində “Bütün hüquqları qorunur” – sözü yazılarsa, şəxsi istifadə məqsədilə onların nüsxəsini çıxartmaq icazəlidirmi? Qeyd edim ki, bu satış məqsədi ilə deyil və (dükanlarda da) onun satışı yoxdur.

Cavab: Əgər qanun bunu qadağan edirsə, icazəli deyil.

Sual: Üzərində “Nüsxəsini çıxartmaq qadağandır” – sözü yazılmış kompakt diskin nüsxəsini çıxartmaq icazəlidirmi?

Cavab: Əgər bu qanunla qadağan edilibsə, Seyid cənabları qanunu pozmağa icazə vermir.

Sual: Üzərində “Bütün hüquqları qorunur” – sözü yazılmış video və ya audio kassetlərin bütünlüklə, yaxud bir hissəsinin nüsxəsini şəxsi istifadə məqsədi ilə çıxartmaq icazəlidirmi?

Cavab: Əgər qanun bunu qadağan edibsə, Seyid cənabları qanunu pozmağa icazə vermir.

Sual: İmam Hüseynin (ə) əzadarlıq məclislərini və başqa (çəkilişləri) özündə ehtiva edən kompakt disk və kassetlərin nüsxəsini çıxartmaq icazəlidirmi? Nəzərinizə çatdırım ki, (dükandan) alarkən onun üzərində “Nüsxəsini çıxartmaq qanunla icazəli deyil” – sözü yazılmışdır.

Cavab: Əgər (bu barədə) qüvvədə qanun varsa və digər tərəfdən də (mülkiyyət sahibinin hüququnu qoruyan) səlahiyyətli qanun təsdiq olunubsa, qanuna riayət etmək vacibdir və onu pozmaq icazəli deyil.

Sual: Bəzi film və tamaşalarda öpüşmək kimi hisləri oyadan səhnələr var. Çəkilişlərin məzmununu bilməyən şəxsin həmin film və tamaşaları muzd (pul) müqabilində nüsxəsini çıxartması icazəlidirmi? Həmin film və tamaşalarda qeyd olunan səhnələr olmasa, lakin bəzi aktrisaların saçları və əlləri açıq şəkildə nümayiş etdirilərsə, bunun hökmü nədir?

Cavab: Qeyd olunan film əxlaqsız səhnələri özündə ehtiva edərsə, yaxud tamaşaçıya əqidə və əxlaq baxımından mənfi təsir göstərərsə, onun yayılmasında nüsxə çıxartmaq və bu kimi yollarla iştirak etmək icazəli deyil. Əks təqdirdə, maneəsi yoxdur.