Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, hicri təqvimlə Azərbaycan və Rusiya arasında 1 gün fərq var. Məsələn, Rusiyada hicri ayın 2-sidirsə, Azərbaycanda 3-üdür.

Qadın və kişi münasibətləri

Sual: Kişinin qadına münasibəti necə olmalıdır? Qadın əlindən gəldiyi qədər ərinə xidmət edirsə və bunun qarşılığında lazım olan şəfqəti görmürsə, buna baxmayaraq ona xidmət etməkdə davam edirsə, Allah dərgahında bunun mükafatı varmı? Nə üçün qadın ərindən sirr saxlayarsa günah sayılır, amma əksinə, ər arvadından sirr saxlayarsa, günah hesab olunmur?

Cavab: Münasib və gözəl münasibətdə olmalıdır. Çəkdiyi zəhmətlərin mükafatını Allah mütləq verəcəkdir. Ərin arvadından sirr saxlaması caizdir.

Sual: Qadın heyz olmadığını zənn edib. Lakin əlaqədən sonra qadından qan gələrsə, nə etməlidir?

Cavab: Heyzdən pak olduqdan sonra, hər ikisi üçün (heyz və cima üçün) bir qüsl almalıdır.

Sual: Seyidlə seyid olmayanın evlənməsi haramdırmı? Bəziləri, seyid olmayanın seyidlə evlənməsini doğru olmadığını söyləyirlər. Belə bir iddia şəriətə uyğundurmu?

Cavab: Maneəsi yoxdur.

Sual: Seyidə qadınla evləndikdən sonra, başqa bir qadınla evlənməyin maneəsi varmı?

Cavab: Xeyr, maneəsi yoxdur.

Sual: Bizimlə doğru bir şəkildə danışan kişinin sözlərinə inanıb onunla evlənəkmi?

Cavab: Çox diqqətli olun.

Sual: Kişi arvadının bacısı ilə evlənməsi üçün arvadından icazə almalıdırmı? Ümumiyyətlə kişi, arvadının bacısı ilə evlənə bilərmi?

Cavab: İki bacı ilə eyni vaxtda evlənmək caiz deyildir. Lakin birinci arvadın ölməsi, boşanması və yaxud rici talaqın iddəsinin bitməsindən sonra onun bacısı ilə evlənmək olar.

Sual: Ərim, ailə həyatı qurduğumuz vaxt mənim müəllimə olduğumu bilirdi və bunu qəbul etmişdi. Lakin indi “müəllimlik etməyinə razı deyiləm” – deyir. Mən nə etməliyəm?

Cavab: Söylədiyinizə görə, sizə mane ola bilməz.

Sual: Ailə qurmaq üçün qızın atasının razılığı lazımdırmi?

Cavab: Ata və yaxud babanın razılığı lazımdır. Hətta qız yaşayışını müstəqil təmin edə bilsə belə, vacib ehtiyata əsasən, icazəsi lazımdır.

Sual: Ailə həyatı qurmaq üçün ən ideal yaş həddi hansıdır?

Cavab: Yaşayışı ən yaxşı idarə edə biləcək yaşdır.

Sual: Kitab əhli ilə daimi nikah bağlamağın şərti nədir?

Cavab: Kitab əhli ilə daimi nikah bağlamaq caiz deyildir.

Sual: Nə üçün müsəlman qadın qeyri-müsəlman kişi ilə evlənə bilməz?

Cavab: Mötəbər hədislərə əsasən, müsəlman qadının qeyri-müsəlman kişi ilə evlənməsi düzgün deyildir.

Sual: Nə üçün bir kişi, eyni vaxtda iki bacı ilə evlənə bilməz?

Cavab: Allah – təala Qurani – kərimdə iki bacı ilə eyni vaxtda evlənməyi haram edərək belə buyurmuşdur: “…və həmçinin iki bacını bir yerdə (eyni zamanda) almaq – (cahiliyyət dövründə olub) keçən istisna olmaqla – sizə əbədi haram olunmuşdur.” (Nisa - 23)

Sual: İşləyən və maddi baxımından müstəqil olan, ağıllı və yetkinlik yaşına çatmış (24 yaşında), lakin atasının evində yaşayan qızın evlənməsi üçün atasının icazəsi lazımdırmı?

Cavab: Bəli, vacib ehtiyata əsasən, atanın icazəsi lazımdır.

Sual: Müsəlman kişi, məsihi qadını xanım olaraq seçsə və xanım da İslamı qəbul etsə, lakin qadın əcnədi olduğu üçün “Kəlmeyi-şəhadət”-i deməsə, həmin məsihi qadınla evlənmək caizidrmi?

Cavab: “Kəlmeyi-şəhadət”-in tərcüməsini öz dilində söyləyərsə, kifayət edər. Amma “Kəlmeyi-şəhadət”-I söyləməyənədək, onunla daimi nikah bağlaması problemilidir.

Sual: Cütlük, iki kişi şahid olmadan nikah əqdini oxuya bilərmi?

Cavab: Nikah əqdini oxumaq üçün şahidə ehtiyac yoxdur.

Sual: Bacı, kiçik qardaşına süd verərsə, gələcəkdə qızın oğlu, qardaşının qızı ilə evlənə bilərmi?

Cavab: Evlənə bilməzlər.

Sual: Zina səbəbindən bakirəliyi aradan gedən qız, atasının icazəsi olmadan evlənə bilərmi?

Cavab: Xeyr, evlənə bilməz.

Sual: Ər heç bir dəlil olmadan xanımının işləməsinə mane ola bilərmi?

Cavab: Əgər xanım evlənməzdən əvvəl işləməyini şəriət yolu ilə şərt edibsə, əri onun işləməsinə mane ola bilməz, əks təqdirdə, ər onun işləməsinə mane ola bilər.

Sual: Müştərək həyatda mühüm olan əməllər hansılardır?

Cavab: Cütlük bir-birinin şəri hüquqlarını qorumalı, bir-birlərinin səhvlərini bağışlamalı və ailə ocağının sevgi əsasında bərpa olmasını təmin etməyə çalışmalıdır.

Sual: Zəhmət olmasa, işləmək məsələsində ərin icazəsinin şərt olub-olmamasını açıqlayın.

Cavab: Evlənmədən əvvəl işləmək üçün anlaşma imzalanarsa və yaxud qadın ərilə işləyəcəyini şərt edərsə, bu halda, ər arvadının işləməsinə mane ola bilməz. Əks təqdirdə, işləmək üçün evdən çıxmaq lazımdır ki, bu halda da, ərin icazəsi lazımdır. Amma qadın evdə işləsə və ərinin də haqlarını yerinə yetirsə, bu halda, ər mane ola bilməz.

Sual: Qadın elm öyrənmək məqasədi ilə ərinin icazəsi olmadan evdən çıxa bilərmi?

Cavab: Elm öyrənmək üçün ərin icazəsinə ehtiyac yoxdur. Lakin evdən çıxmaq üçün ərin icazəsi lazımdır. Qadın evdə də elm öyrənə bilər.