Qeyri-müsəlman ölkələrində məhkəmə sektorunda işləmək

Sual: Hüquqşünas bir şəxsin qeri-müsəlman ölkəsində vəkil işləməsi icazəlidirmi? Belə ki, həmin ölkənin hüquq qanunlarına müvafiq olaraq qeyri-müsəlmanların məhkəmə məsələlərini həll edir və məqsədi məhkəmədə (təmsil etdiyi tərəfin lehinə) qalib gəlməkdir.

Cavab: Əgər başqasının haqqının aradan getməsinə, yalan danışmağa və ya digər bir haram əmələ səbəb olmasa, heç bir eybi yoxdur.

Sual: Hüquqşünas şəxsin qeyri-müsəlman ölkələrində həmin ölkənin qanunları əsasında insanlar arasında hökm çıxararaq hakim işləməsi icazəlidirmi?

Cavab: Məhkəmə məsələlərini səlahiyyəti olmayan şəxsin yerinə yetirməsi və İslam qanunlarına müxalif formada hökm verməsi, icazəli deyil.

Sual: Vəkilin məhkəmədə məzhəbinin hökmlərinə müxalif olan üslubla müdafiə etməsinin və bu yolla əldə olunan əmlakın hökmü nədir?

Cavab: Onun etdiyi əməl haramdır. Bu yolla əldə olunan əmlak da haramdır.