Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Qadının səsi

Sual: Şəhvət ləzzəti olmadan yad qadının səsinə qulaq asmaq icazəlidirmi?   

Cavab: Şəhvət və ehtiras ləzzəti olmadan qadın səsinə qulaq asmaq icazəlidir. Həmçinin harama düşmək qorxusu olmasa qadının səsini yad kişilərə eşitdirməsi (ucaltması) icazəlidir. Bəli, adətən, dinləyəndə ehtiras yaradacaq dərəcədə səsini incəltməsi və gözəlləşdirməsi icazəli deyil. Belə etməsi haramdır.

Suаl: Qаdının ümumi küçəyə yахın оlаn mənzildə yоldаn kеçən yаd kişilərin böyük еhtimаla əsasən, оnun səsini еşidəcəkləri hаldа mərsiyə охumаsı icazəlidirmi?

Cаvаb: Əgər qаdının səsi incə və gözəl, аdətən dinləyəndə еhtirаs yаrаdаn növdən оlаrsа, kişinin оnun səsini еşidəcəyi hаldа bu işdən çəkinmək lаzımdır. Yаd kişinin оnun səsini еşitməyəcəyi hаldа hеç bir maneəsi yохdur.

Sual: Qadınların (toy məclislərində) halay çağırmalarına, çığlıq atmalarına yad kişinin qulaq asması icazəlidirmi? Əgər bir məclisə dəvət olunmuş şəxs orada qadınların çığlıqlarına şahid olarsa, oranı tərk etməsi vacibdirmi?

Cavab: Şəhvət ləzzəti olmadan bunu eşitməyin və hətta, dinləməyin heç bir manəsi yoxdur.

Sual: Dini məclislərdə və ya kişi və qadınların iştirak etdiyi yığıncaqlarda qadınların xütbə deyərkən səs ucalıdcılardan çıxan səslərinə qulaq asmaq icazəlidirmi?

Cavab: Qadınların səslərinin kişilərdə ehtiras yaratmaması və yığıncaqda iştirak edən kişilərin iştirakını nəzərə alaraq xütbələrinin münasib olmayan məzmun daşımamasını nəzərə alınarsa, heç bir eybi yoxdur. Həmçinin qadın və kişələrin bir məclisdə iştirakı zamanı şəriətin icazə vermədiyi hallardan çəkinmək vacibdir.

Sual: Əgər qadın yad kişinin yanında namaz qılarkən səsini ucaldarsa və onun səsi ehtiras yaranmasına səbəb olarsa, namazı batildirmi?

Cavab: Namazın qurbət qəsdinə (namazın Allaha xatir olma niyyətinə) xələl gəlməsə, namaz batil olmaz.

Sual: Ana namaz qılarkən övladlarının eşidəcəyi dərəcədə səsini ucaltması icazəlidirmi?

Cavab: Əgər yad kişi olmasa və yaxud onun səsi ehtiras yaradacaq dərəcədə deyilsə, sübh, məğrib və işa namazlarında səsini ucaltması icazəlidir.