Rəhmli və Mərhəmətli Allahın adı ilə! Sabah 05/06/2019 Moskvada və ətrafında Fitr bayramıdır!

Qohumluq əlaqəsi

Sual: Qohum-əqrabam cahildirlər, namaz qılmır, oruc tutmur, bir çoxu hətta axirəti belə inkar edərək "oradan gələn varmı?"- deyirlər. Çox rahat şəkildə qeybət edir, haram yeyirlər. Hətta bəzisi çox əsəbi, kinli insanlardırlar. Cahillikləri o qədərdir ki, din təbliğinin də onlara təsir qoyacağına ehtimal yoxdur. Onlarla ünsiyyət, əlaqə saxlamaq bizim mənəviyyatımıza mənfi təsir edir.
Onlar, bizim onları ziyarət etməməyimizidən narazıdırlar. Lakin yuxarıda qeyd edilən səbəblər, bizi onlarla əlaqə saxlamaqdan çəkindirir. Lakin harada onları görsək küsülülük olmadan görüşürük. Bu, kifayətdirmi?

Cavab: Kifayət edir.