Qəbri açmaq

Sual: Müsəlmanın qəbrini açmaq caizdirmi?

Cavab: Müsəlmanın qəbrini açmaq, uşaq və yaxud dəli olsa belə, haramdır.

Sual: Meyitin bədəni çürüyüb torpağa çevrilərsə, qəbrini açmaq caizdirmi?

Cavab: Caizdir.

Sual: İmamzadələrin, şəhidlərin və alimlərin qəbirlərini açmaq caizdirmi?

Cavab: Əgər hörmətsizlik sayılarsa, üzərindən uzun illər keçsə və bədənləri yox olsa belə, haramdır.