Quran-kərim

Sual: Quran-kərimi nəcis mürəkkəblə yazmağın hökmü nədir?

Cavab: Quran-kərimin bir hərfini belə, nəcis mürəkkəblə yazmaq haramdır. Yazıldığı təqdirdə, yuyulmalı və yaxud pozmaq kimi bir yolla silinməlidir.

Sual: Kafirə Quran-kərim vermək caizdirmi?

Cavab: Kafirə Quran-kərimi vermək, əgər Qurana hörmətsizlik sayılarsa, haramdır və onu geri almaq vacibdir.