Rəhmli və Mərhəmətli Allahın adı ilə! Sabah 05/06/2019 Moskvada və ətrafında Fitr bayramıdır!

Qumar alətləri

Sual: Nərd, qumar aləti olmasa, oynamaq haramdırmı?

Cavab: Pulsuz olmasa belə, nərd oynamaq haramdır.

Sual: Bir şeyin qumaq aləti olub-olmamasında meyar nədir?

Cavab: Ürfdə qazanıb uduzmaq məqsədilə oynanan alətlər, qumar alətləridir.

Sual: Şəkk etdiyimiz oyunlar barəsində rəyiniz nədir? Çünki bilyard kimi bəzi oyunlar həzrət Peyğəmbər(s)-in dövründə olmayıb və bəziləri həmin oyunların haram olduğuna etiqad edir.

Cavab: Yaşadığınız məntəqənin ürfündə həmin oyunlar qumar alətlərindən sayılmırsa, maneəsi yoxdur.