Rəhmli və Mərhəmətli Allahın adı ilə! Sabah 05/06/2019 Moskvada və ətrafında Fitr bayramıdır!

Qabların hökmləri

Sual: Qızıl və gümüş qabdan yemək və içmək caizdirmi?

Cavab: Qızıl və gümüş qabdan yemək və içmək; hətta vacib ehtiyata əsasən, onlardan mütləq şəkildə istifadə etmək haramdır.

Sual: Qızıl və gümüş qablardan, evlərin bəzədilməsində istifadə etmək caizdirmi?

Cavab: Evlərin bəzədilməsində istifadə etmək və həmçinin insanın onları saxlaması, haram deyildir. Əlbəttə, bunu tərk etmək daha yaxşıdır.

Sual: Qızıl və gümüşdən qab düzəltmək və yaxud bəzək üçün alıb saxlamaq caizdirmi?

Cavab: Bəli, maneəsi yoxdur.

Sual: Qızıl və gümüş suyuna çəkilmiş qabı istifadə etməyin maneəsi varmı?

Cavab: Maneəsi yoxdur.

Sual: Qızıl və yaxud gümüşlə qarışdırılmış başqa bir metaldan qab düzəldərlərsə, hökmü nədir?

Cavab: Əgər qabdakı metalın miqdarı, ona qızıl və ya gümüş qab deyilməyəcək qədər çox olarsa, onu istifadə etməyin maneəsi yoxdur.

Sual: Məcburiyyət qarşısında qızıl və yaxud gümüş qabdan istifadə etməyin hökmü nədir?

Cavab: Məcburiyyət qarşısında, zərəri uzaqlaşdırmaq mıqdarında qızıl və yaxud gümüş qabdan istifadə etməyin maneəsi yoxdur. Lakin bundan artığı caiz deyildir.

Sual: Qızıl və ya gümüşdən, yoxsa başqa bir metaldan düzəldiyi bilinməyən qabdan istifadə etmək caizdirmi?

Cavab: Maneəsi yoxdur.